Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur Hollivud ulduzu sənəti ilə vidalaşır

06-09-2013


     Üç “Oskar” mükafatı laureatı Cek Nikolsonun son dövrdə ortaya çıxan yaddaş problemlərinə görə aktyorluq sənətindən uzaqlaşdığı iddia edilir.  Canlandıracağı obrazların replikalarını xatırlaya bilmədiyinə görə 76 yaşlı Hollivud ulduzunun bu addımı atdığı söylənilir.  Amma Cek Nikolson yayılan bu şayiələrə cavab verməkdən imtina edib.

     Skarlet Yohanson yeni “Under The Skin” filminin premyerası üçün  Venesiya Film Festivalına qatılıb. Ulduzun geyimi qırmızı xalıdakı hər kəsi heyran edib. Xatırladaq ki, Maykl Faberin eyniadlı romanı əsasında çəkilən ekran əsərində Skarlet  cazibədar yadplanetlini canlandırır.

     1913-cü ildən bəri yayımlanmağa başlayan məşhur “Vanity Fair”  jurnalı 100-cü ili münasibəti ilə hazırladığı xüsusi sayının üz qabığında məşhur model Keyt Aptona yer verib. Ulduzun şəkillərini fotoqraf  Enn Leyboviç çəkib. Apton jurnala verdiyi müsahibəsində “Victoria`s secret” modeli olmaq üçün müraciət etdiyini, amma rədd edildiyini ilk dəfə açıqlayıb.

     “Ginnesin Rekordlar Kitabı”nın yeni buraxılışında Rihannanın adı da yer alacaq.  Ulduz bu şərəfə Böyük Britaniya çartlarında uzun müddət qalması ilə layiq görülüb. Bundan əlavə, Rihanna “Facebook”-da hələ də ən çox heyran sayına sahib məşhur kimi liderliyini qoruyur. Onun səhifəsini 70 milyon istifadəçi bəyənib. Maraqlısı odur ki, Rihannanın “Youtube” saytında 4 milyard izlənmə sayına sahib olması isə kitabda qeyd edilməyib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

884 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr