Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımova “Ay ərzində 30 - 40 min gəlirim olur”

05-09-2013


     Xalq artisti Aygün Kazımova aylıq gəlirindən danışıb. Bu barədə sosial şəbəkədə status paylaşan müğənni çox pul xərcləməyindən şikayət edib.“Heç pulu üst-üstə qoya bilirəm ki, onu saxlamağa da yer axtarım?! Əlimə burdan gəlir, ordan göndərirəm layihəyə. Heç qazanmadığım ay olmayıb. Ümumən ay ərzində 30-40 min gəlirim olur".

    Röya Ayxan  yeni mahnı üzərində çalışır. Onun studiyadan olan görüntüləri, eləcə də qardaşı İsmayıl ilə yeni fotoları sosial şəbəkədə yayılıb. Bundan əlavə sənətçi növbəti solo konsertinə hazırlaşır. Sözügedən tədbir  sentyabrın 27-də saat 22:00-da baş tutacaq.

    Xalq artisti Sənubər İsgəndərli yeni layihəyə imza atıb.Belə ki, o, “Kanal S”-də veriliş aparacaq. “Gəlin danışaq” adlı veriliş həftə içi 5 gün efirdə olacaq.Qeyd edək ki,Sənubər xanım verilişinin tez bir zamanda uğur qazanacağına inanır.

    Əməkdar artist Elza Seyidcahan heç vaxt alış-verişə çıxmadığını etiraf edib. Müğənni geyimlərini ona hədiyyə etdiklərini deyib:

“Ucuz bazarlardan heç vaxt paltar almıram. Hər zaman, hətta uşaqlığımdan belə həmişə bahalı brendlər geyinmişəm. Evdə dörd qız idik, anam bir bahalı paltar alırdı, hamımız geyinirdik. İndi libaslarımın əksəriyyətini xaricdə yaşayan rəfiqələrim mənə hədiyyə edir.Ayaqqabılarımı xaricdən alıram. Qarderobumdakı paltarların hamısı bahalı brendlərdəndir”. Elza Seyidcahan heç vaxt kosmetoloq yanına getmədiyini də sözlərinə əlavə edib.

    Gənc ifaçı Mehin Hümbətova saçlarının bir hissəsini keçəlləşdirib. Müğənninin yeni imicində diqqət çəkən məqamlardan biri də başındakı ulduz şəkli olub. 

Çoxdandır bu cür saç düzümü arzuladığını deyən Mehin insanların onu qınadıqlarını bildirib: “Saçlarımda yeniliyə ehtiyac duydum, ona görə də belə bir düzüm etdirmək qərarına gəldim. Xeyli vaxtdır ki, ağlımda bu cür saç düzümü etdirmək var idi. Sadəcə dəqiq nə istədiyimə əmin deyildim. Yaradıcı olmağı sevirəm.
    Çox insanların saçlarıma heyfi gəldi. Bu səbəbdən məni qınayanlar oldu. Amma mən bunları əvvəlcədən gözə almışdım. Bu cür reaksiyaların olması normaldır. Təbii ki, bəyənənlər də oldu” 

 

 

Fuad Məmmədov

 

Muz-Tv.az

 

 

 

 

981 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr