Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Nadir Qafarzadə meyxanaçılarla birgə albom çıxaracaq

05-09-2013


    Sentyabrın 13-də Yaşıl Teatrda konsert verməyə hazırlaşan müğənni Nadir Qafarzadə tədbirdən sonra da istirahət etmək fikrində deyil. Belə ki, sənətçi yeni albom çıxarmaq arzusundadır.

    Ayan Babakişiyeva ilə birgə ifa etdiyi duetdən sonra indi də albom çıxarmaq istəyən Nadir musiqi toplusunda daha çox meyxanaçılarımızın mahnılarına yer verəcəyini söyləyib.

“Sənin üçün” adlanan mahnısına qardaş ölkədə klip çəkdirəcəyini deyən müğənni video çarxın dünya standartlarına uyğun olacağını açıqlayıb.

    Bundan başqa, Nadir xalq artisti Aygün Kazımova ilə aralarında olan küsülülüyün də artıq bitdiyini bildirib. Sən demə, ilk addımı da elə “Əjdaha” özü atıb.Müğənni sənət dostlarının daim sülh içində yaşamalarını və bir-birlərinə dəstək olmalarını arzuladığını da vurğulayıb.

    Qeyd edək ki, Nadir Qafarzadə ona söz atan xalq artistlərini də tənqid atəşinə tutub. Amma bu haqda yalnız gələn süjetlərimizi izləsəniz, xəbər tuta biləcəksiniz.

 

Sahilə Aslanova                          

Vüsal Həşimov

 

Muz-Tv.az

740 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr