Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Siyavuş Aslanın doğum günüdür

05-09-2013


    Azərbaycan tanınmış teatr və kino aktyoru, "Şərəf" ordenli, xalq artisti Siyavuş Aslanın doğum günüdür.O, 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya gəlib. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, daha sonra Quba Dövlət Dram Teatrında işləyib.

    Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri kimi çalışıb. Siyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradıb. Bundan əlavə sənətkar Televiziya tamaşalarında yüzdən çox rol ifa edib.

Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə əməkdar artisti 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. Böyük sənətkar ağır xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

 

Səma Ələsgərova

 

Muz-Tv.az

 

 

1114 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr