Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

“Bakılı oğlan” 41 yaşını qeyd edir

04-09-2013


     Xalq artisti Faiq Ağayev çoxdandır üzərində işlədiyi “Zəhər” mahnısının tam versiyasını təqdim edib. Bəstənin sözləri Mehbarəyə, musiqisi Rəhim Rəhimliyə aiddir. “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadənin ad günüdür. O, 1972-ci il sentyabrın 4-də Bakıda, ziyalı ailəsində anadan olub. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür.  Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalareya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında "Bakılı Oğlanlar" komandasının müstəsna rolu olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun sahibi olub və iyirminci əsrin ən yaxşı komandaları sırada yer alıb.

     Müğənni İradə İbrahimova qaynatasını ad günü münasibətilə təbrik edib. Sənətçi sosial şəbəkədə bu sözləri yazıb: “Atamız, canımız, bir dənəmiz... Varlığınla qürur duyuram. Öz atamı itirsəm də, sənin timsalında ata kəliməsini itirmədim. Allah səni başımızın üstündən əksik etməsin. Uzun, sağlam, xoşbəxt bir ömür arzulayıram. Nə yaxşı ki, varsan. Ad günün mübarək”.

    Əməkdar artist Mətanət İsgəndərli sentyabrın 7-də “Yaşıl Teatr”da verəcəyi konsertini təxirə salıb. Müğənni tədbirin təşkilatçısı Nahid Emiloğlu ilə qarşılıqlı razılaşaraq bu addımı atıb. Əməkdar artistin konsert proqramını təxirə salmasına əsas səbəb vaxt çatışmazlığı olub. Sənətçinin dediyinə görə, möhtəşəm konsert vermək üçün uzun müddət hazırlaşmaq lazımdır.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

816 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr