Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Bu da “Feriha”nın yeni sevgilisi

04-09-2013


    Yaxın günlərdə “Kanal D”-də “Çalıquşu” serialının yeni versiyasının premyerası reallaşacaq. Ekran əsərində baş rolları Burak Özçivit və Fəxriyyə Evcən canlandırıb. Xatırladaq ki, “Çalıquşu” əsəri türkiyəli yazıçı Rəşad Nuri Güntəkinə məxsusdur. Serialın ilk versiyasında Aydan Şener və Kənan Kalav rol alıb.

    Hollivud ulduzu Maykl Duqlas Ketrin Zeta Consla boşanma şayiələrini təkzib edib. Aktyor: “Biz sadəcə bir müddət ayrı yaşamaq qərarına gəlmişik” –deyib. Duqlas ona bu barədə sual verən müxbiri acılayaraq həyatı haqqında yalan məlumatların yayılmasından təngə gəldiyini bildirib. Xatırladaq ki, keçən həftə məşhur cütlüyün boşanması ilə əlaqədar xəbərlər dünya mediasında böyük səs-küyə səbəb olmuşdu.

    Azərbaycanda daha çox “Feriha” kimi tanınan türkiyəli aktrisa Hazal Kayanın mediadan gizli saxladığı sevgilisi üzə çıxıb. Amerikadan yeni qayıdan ulduz son günlər arıqlamasıyla mətbuatın diqqətini xeyli cəlb edib. Hazal 2012-ci ildə Azərbaycanda keçirilən "Avroviziya" musiqi yarışmasında Türkiyəni təmsil edən Can Bonomo ilə uzun müddətdir ki, sevgi münasibəti yaşayır. Cütlük birlikdə ekranlarda görünmək istəmədiklərinə görə eşqlərini mediadan gizlədirdilər. Bu günlərdə  aktrisa rəfiqəsinin ad günü şənliyində Canla münasibətlərini dost-tanışa elan edib. Sonra isə bol-bol qucaqlaşaraq rəqs ediblər.

   Türkiyəli meqastar Tarkan Harbiye Açıkhava Teatrında verdiyi ikinci konsertində 8 min heyranını məst edib. Tamaşaçıların 1 sentyabr Dünya Sülh Gününü təbrik edən ulduzun “Sülh gününü yalnız bir dəfə qeyd etməyimiz çox səfeh haldır” sözləri alqışlarla qarşılanıb. Konsert zamanı Orhan Gencebayın “Hatasız kul olmaz” mahnısını söylərkən sözləri unudan Tarkan “Hərdən sözləri də unuda bilirəm. Insanlıq halıdır” –deyə zarafat edib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

999 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr