Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Emin Ağalarovdan yeni duet gəlir

03-09-2013


      Müğənni-bəstəkar Emin rusiyalı sənətçi Qriqoriy Lepslə duet oxuyacaq. İfaçı bu haqda “Facebook” səhifəsində yazıb. Emin mahnının adını hələ ki, sirr saxlayır.  Qeyd edək ki, Qriqoriy Leps “Ya uyedu jit v London”, “Ryumki vodka” kimi mahnıları ilə məşhurdur.

    Əməkdar artist Abbas Bağırov özü üçün yeni biznes qurub. Müğənni Bakının mərkəzində restoran açıb. Bu haqda məlumatı prodüser Tolik sosial şəbəkədə yazıb. O, sənətçini yeni biznesi münasibəti ilə təbrik edib.

     Yaşar Cəlilov və Niyam Salami birlikdə ifa etdikleri “Nağıl” adlı duetlərinə klip çəkdiriblər. Ekran əsərinin süjet xətti yoxdur. Nəzərinizə çatdıraq ki, “Nağıl” adlı klipi Nail Naiboğlu ekranlaşdırıb. Qeyd edək ki, adıçəkilən mahnının sözləri Azər Şirinin, musiqisi isə Ramal İsrafilovundur.  

     Müğənni Səbinə Babayeva “Gecə” mahnısına klip çəkdirməyə hazırlaşır. Mahnının musiqisi Səbinəyə, sözləri Arzu Həsənli və Səbinə Babayevaya məxsusdur. Müğənni yeni klipi üçün axtarışa çıxıb. O, “Gecə”nin ekran işində çəkiləcək insanları “Facebook” dostları arasından tapacaq. Bu haqda sosial şəbəkədə yazan Səbinə ekran işində rol almaq istəyənlərdən fotolarını göndərmələrini xahiş edib.

 

Sevda Məmmədova

 

Muz-Tv.az

          

705 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr