Aktrisa avtomobil almağa pulu çatmadı
Maykl Ceksonun corabları 1 milyon dollara satılır - foto
Nüşabə Əlsəgərli qızının "hə"sini verdi
Corc Mayklın ölümündən sonra mahnısı işıq üzü gördü

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Yaşar Nurinin doğum günüdür

03-09-2013


    Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, mərhum aktyor  Yaşar Nurinin doğum günüdür.1951-ci il sentyabrın 3-də dünyaya gələn sənətkar tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində göz açıb.

    Səhnəyə ilk dəfə on bir yaşında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedən sənətkar 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında da çıxış edib.

    Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. O, rol aldığı əlliyə yaxın bədii filmlə daha da böyük populyarlıq qazanıb. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.  Bunlardan Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və sairə televiziya tamaşalarını misal göstərmək olar.

     Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş verib, kinoda isə "Spasibo" filmini çəkib. Yaşar Nurinin obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə Gözəldir Bu Dünya..."dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

    Xalq artisti Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib. Allah rəhmət etsin!

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

801 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr






































12 Noyabr