Model idmançı ilə eşq yaşayır - foto
Serialda rol almasını istəmədilər
Könülün şəkli maraqla qarşılandı
Elton efirə çıxmamasının səbəbini açıqladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Günay İbrahimli: “Bu konsertdən sonra dostumu da, düşmənimi də tanıdım”

02-09-2013


    Nahid Emiloğlunun təşkilatçılığı ilə sentyabrın ilk konserti Günay İbrahimli ilə reallaşıb. Sənətə yeni gəlməsinə baxmayaraq, yetəri qədər tamaşaçı toplayan ifaçını həmin gün sənət dostları da  tək buraxmayıb. Elə onlar da öz növbəsində ifaçını “Muz life” vasitəsilə təbrik edib.

    Və nəhayət konsert başlayıb. İlk olaraq səhnəyə tədbirin aparıcısı Nanə Ağamalıyeva çıxaraq Günayı səhnəyə dəvət edib. Səhnə performansı ilə bir çox məşhurları qabaqlayan ifaçı suallarla dolu qutunun içindən çıxarkən geyimi ilə bir anlıq dünya ulduzu Jlonu xatırladıb.

    Müğənni səhnədəki yerini alar- almaz konsertin adı ilə bağlı olan “De onun adı nədir” mahnısını ifa edib. İkinci libası ilə də Ledi Qaqanı xatırladan ifaçı öz mahnıları ilə yanaşı, xarici estradaya da müraciət edib. Rəqsləri ilə dünya ulduzlarını xatırladan müğənni hər mahnıdan sonra alqışlarla qarşılanıb.

     İlk konsertində həyəcanlı olmasına baxmayaraq, zarafatlarından da geri qalmayan ifaçı konsert zamanı tamaşaçılarla birgə şəkil çəkdirib İnstagramda paylaşmağı da unutmayıb.

    Gecədə müğənni Elnur, aktyor Fərda Xudaverdiyev, rejissor Zöhrab Ağayev da ifaçını tək buraxmayaraq, gül dəstələri ilə onu sevindiriblər. Sonda “Muzlife”a müsahibə verən Günay həyəcanlı olduğunu da gizlətməyib. Daha ətraflı süjetdə.

 

Səma Ələsgərova

Sərvər Mehdiyev

Bəxtiyar Nəsirov

 

Muz-Tv.az

 

 

1408 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyun




























3 İyun