Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Özcan Denizin Bakı konsertinin tarixi bəlli oldu

02-09-2013


   Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Özcan Dəniz sentyabrın 28-də Bakıda konsert verəcək. Sənətçinin konsertinin yeri bəlli olub. İfaçı saat 21:00-da “Niaqara” restoranında səhnəyə çıxacaq. Qeyd edək ki, gecəni idarə etmək müğənni Rəhim Rəhimli və aparıcı Lalə Əlimuxtarovaya həvalə olunub. 

   Türkiyənin iki məhşur ulduzu Ebru Gündeş və Sərdar Ortaç yenidən bir araya gəliblər. Sənətçilər 5 illik fasilədən sonra birgə konsert verəcəklər. Öz konsertlərində hər zaman Sərdar Ortaçın hit mahnılarını oxuyan Ebru bu dəfə sözügedən bəstələri sahibi ilə birlikdə səsləndirəcək. Qeyd edək ki, müğənnilər Ebru Gündeş və Serdar Ortaç sentyabrın 8-də baş tutacaq gecədə həm solo, həm də duet ifa edəcəklər. 

    Rəqqas  Kasper Smart sevgilisi Cennifer Lopezin  17.5 milyon dollar qarşılığında yenidən “American Idol” yarışmasında jüri olacağını açıqlayıb. Bundan qəzəblənən dünya şöhrətli müğənni rəqqasa verdiyi pulun miqdarında dəyişiklik edib. Belə ki, hər həftə Lopez sayəsində 10 min dollar qazanan Kasperin maaşı 25% azaldılıb.  

    Avstraliyalı model Miranda Kerr , ən böyük qorxusunun aldadılma olduğunu deyib. Aktyor Orlando Blumla evli olan Kerr həyat yoldaşını qısqandığını etiraf edib. Qeyd edək ki,  Kerr  ildə 7.2 milyon dollar qazanaraq ən çox gəlir əldə edən modellər sırasında yer alır.

 

Sevda Məmmədova

 

Muz-Tv.az

 

 

1250 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr