Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

“Bozbash pictures”in “Şirin”i subaylığa son qoydu - toydan reportaj

06-12-2017


“Şirin” obrazı ilə tanınan aktyor Nicat Rəhimovun Ülviyyə adlı xanımla ötən axşam toy məclisi reallaşıb.

Muztv.az xəbər verir ki, ailə həyatı quran Nicat həyəcanını MUZ TV Azərbaycan kanalına bölüşüb:

“Bu gün mənim şad günümdür. Toyumdur.  Allah hamıya qismət etsin. Çox həyəcanlıyam. Gözləyirəm ki, toy qurtarsın rahat olum ki, bütün qonaqlar, dostlarım, əzizlərim hamısı yaxşı dincəldilər, iştirak etdilər”.

Aktyor daha sonra həmkarı Elşən Orucov ilə bizim kamera qarşısına keçib.

Elşən “Bu gün bizim də həyəcanımız böyükdür. İnşallah hamı məclisdən razı gedər. Nicatın da xoşbəxtçiliyi bugündən başlayır” söyləyib.

Məclisə gələn qonaqlar arasında aparıcılar, müğənnilər, aktyorlar və digər tanınmış simalar olublar.

Gecədə qonaq qismində iştirak edən müğənni Günay İbrahimli aktyora xoşbəxtlik arzu edib:

“Təbrik edirəm. Çox sevilən aktyorumuzdur. İstedadlı insandır. Allah xoşbəxt etsin. Bütün subaylar üçün olsun. İnşallah gələn il bu vaxt ata olar”.

Əməkdar Artist Fatma Mahmudova da xoş sözlərini dilə gətirib:

“Təbrik edirəm. Xeyirli, uğurlu olsun. Gəlinimizin ayağı düşərli olsun. Qədəmi yüngül olsun. Başı uca olsun. Xoşbəxt olsunlar. Nicat mənim çox sevdiyim gənc həmkarlarımdan biridir”.

Əməkdar Artist Ədalət Şükürov da aktyora ürək sözlərini çatdırıb:

“Nicat qardaşım təbrik edirəm. Allah səni xoşbəxt etsin, sən bizim əzizimsən. Bugünü niz çoxdandı gözləyirdik. Bir nəfər qaldı sizing dəstənizdən inşallah onun da toyunda iştirak edərik”.

Müğənni Manaf Ağayev də təbrikə qoşulanlar sırasında olub:

“Nicat yaxşı qardaşdır. Sevdiyim aktyorlardan biridir. Gəlmişik dost kimi toyundan iştirak edək, təbrik edirəm. Gələn il bu vaxt eşidək ki, oğul övladı olub”.

Gecədə qonaqlar arasında yer alan müğənni Zamiq Hüseynov da ürək sözlərini dilə gətirib:

“Təbrik edirəm. Çox şadam ki, bu gün dostumun toyundayam. Allah xoşbəxt etsin”.

Rejissor Ramin Hacıyev də aktyoru təbrik edənlər sırasına qoşulub:

“Nicat bizim komandanın sonbeşiyidir. Bəlkə də hamıdan tez böyüyəcək, çünki artıq evləndi. Evlənmək də böyümək kimi bir şeydir. İnşallah gələn il ata olar. Əsas odur ki, dayaq olsunlar”.

Müğənni Əhməd Mustafayev aktyora təbriklərini çatdırıb:

“Nicatı təbrik edirəm. Allah xoşbəxt etsin. Sağ əli subayların başına içi də mən olmaqla”.

Məclisdə iştirak edən müğənni Orxan Babazadə də cütlüyə xoş diləklərini yetirib:

“Nicatı təbrik edirəm. Xoşbəxtliyə layiq insandır. Sevindirici haldır ki, xoş günündə iştirak edirik. İnşallah uşaqlarının toyunda iştirak edərik”.

Gecədə iştirak edən meyxana ifaçısı Namiq Məna da xoş sözlərini deyib:

“Təbrik edirəm, xoşbəxt olsun. Allah təalanın nəzəri həyat yollarına nur çiləsin. Nicatın istedadı, şəxsiyyəti ilə hər zaman fəxr edirik. Yaşar Nuri ətrini Nicatdan alırıq. Onun işıqlı gələcəyi, böyük uğurları qarşıda onu gözləyir. Ona bütün xoşbəxtliklər yaraşır”.

Aktyor Elnur Kərimov da Nicatı xoş günü münasibəti ilə təbrik edib:

“Çoxdandı bugünü arzulayırdı. Ondan çox anası arzu edirdi. Bacısının toyunda aparıcı olmuşam. Ən gözəl arzular bacıdan çox Nicata gəlirdi. Məni dəvət edəndə dedim, “səni təbrik edirə, ananın da gözü aydın olsun” Ən çox sevinən insan anası olacaq. Xoşbəxt olsun, istedadlı uşaqdır. İnşallah ki, uğurları gələcəkdə daha böyük olacaq. Həyatının unudulmaz günüdür, ailə həyatı qurur. Artıq bu həyatda tək deyil. Yanında həyatının yoldaşı olacaq. Xoşbəxt olsunlar”.

Müğənni Emil Bədəlov da dostuna bəxtəvərlik arzulayıb:

“Ürəkdən təbrik edirəm. Nicat dostumuzdur, əzizimizdir. İnşallah gələn il balası olsun təbrik edək”.

Bununla bağlı süjetə dekabrın 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Günel Əliyeva

























48 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr