Günel ailə qurmamağının səbəbini açıqladı
Hollivud ulduzu istirahətini övladları ilə keçirdi - foto 
Firuzə İbadova xatirələrini bölüşdü
Kərim saatının və papağının qiymətini açıqladı 

Facebook instagram Twitter Youtube
ULDUZ

Baloğlan Əşrəfov ürəyini MUZ TV Azərbaycan-a boşaltdı - “Çox insana xeyir-dua vermişəm”  

06-12-2017


Əməkdar Artist Baloğlan Əşrəfov MUZ TV Azərbaycan kanalına bir sıra maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, 11 il öncə qaraciyər əməliiyatı keçirən Əməkdar Artist səhhəti ilə bağlı danışıb:

“Səhhətim əladır. O əməliyyatdan sonra artıq 11-ci ilə qədəm qoyuram.  Şükür Allaha, səhhətimdə hər şey yaxşıdır. Bu 11 il ərzində minlərlə toy etmişəm, nə qədər insana xeyir-dua vermişəm. Hər şey qaydasındadır”.

Baloğlan Əşrəfov qarşıda olan planlarından da söz açıb. O, yaxın aylarda Azərbaycandan kənarda konsert proqramı ilə çıxış edəcəyini deyib:

“Mənim Azərbaycandan kənarda konsertlərim gözlənilir. Hamı bilir ki, azərbaycanlı sənətçilərlə birgə İranda konsert proqramı ilə çıxış etdik. Yenə də fevral ayında konsertimiz gözlənilir. Dərbənddə böyük bir konsert proqramı ilə çıxış edəcəyik”. 

Xatırladaq ki, Baloğlan Əşrəfov bir neçə ay öncə müğənni Elçin Hüseynov və meyxana ifaçısı Namiq Qaraçuxurlu ilə birgə İran İslam Respublikasında konsert vermişdi.

Bununla bağlı süjetə dekabrın 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva
 

283 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr


21 Noyabr