Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Paxıl adamlardan çəkinən Elvin Abbasov efirdən gizlənməyinin sirrini MUZ TV Azərbaycan-a açdı - eksklüziv

06-12-2017


Gənc müğənni Elvin Abbasov bir ildir efirdən gizlənməsinin sirrini MUZ TV Azərbaycan kanalına özəl açıqlamasında açıb.
 
Muztv.az xəbər veirir ki, önəmli açıqlamaları ilə diqqət çəkən müğənni müəyyən müddətdir efirdə görünməməsinin səbəbini şəxsi həyatındakı yeniliklərlə bağlayıb:

"Dekabr ayında toyum olacaq, müəyyən müddətdi başım qarışıq idi. Həm də özüm sənət fəaliyyətimdə müəyyən fasilə olmasını istədim”.

Gənc müğənni Elvin Abbasov müxtəlif janrları özündə ehtiva edən klip hazırlamaq arzusundadır. İfaçı MUZ TV Azərbaycan kanalına özəl açıqlamasında bu mövzuda ilk dəfə danışıb:

“İllər öncə Alim Qasımovun, Kərim Abbasovun və rəhmətlik Hüseyn Dəryanın iş birliyi nəticəsində ecazkar klip ortaya çıxmışdı. İndi belə bir improvizənin hazırlanmsı və müxtəlif sənətçilərlə birlikdə birgə belə klip çəkmək ideyam var. Bəzi müzakirələr də aparılıb. Yəqin ki, ortaya fərqli iş qoya biləcəyik”.

O, müğənni kimi fəaliyyət başladığı dövrdən albom hazırlaması ilə bağlı müxtəlif təkliflərdən imtina etdiyini vurğulayıb:

“Albom ideyasından öncədən imtina etmişəm. Məncə indi daha proqressiv üsullar var və bizim bazarımız daha çevik işlər tələb edir. Hər şey rahatdır, internet var, istənilən musiqini dinləmək olur. Albom çox da önəm daşımır”.

E.Abbabsov gənc ifaçılara dəstəyin çox vacib olduğunu və bu məsələdə diqqətli olmağı önəmli hesab etdiyini deyib:

“Gənc ifaçıları dəstəksiz qoymaq olmaz. Onların inkişafı üçün mütləq şəkildə hərtərəfli kömək göstərmək lazımdır. Həmişə paxıl adamlardan çəkinmişəm. Başqalarının şöhrət qazanmasına sakit yanaşan adamlar nə qədər çox olsa, gənc ifaçılar bir o qədər çox inkişaf edər”.

Xatırladaq ki, “Sən gedəndən” adlı solo ifası ilə gündəmə gələn E.Abbasovun kliplərindən birni MUZ TV Azərbaycan telekanalı lentə alıb.

Bununla bağlı süjetə dekabrın 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalının efirində yayımlanan “Muz Life” verilişində baxa bilərsiniz.

Zülfiyyə Rəsulova

34 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr