Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Özü sevən heç vaxt ayrılmaz - Manaf Ağayev MUZ TV Azərbaycan-a oğul toyu öncəsi məxsusi açıqlama verib – foto

04-12-2017


Müğənni Manaf Ağayev məhz MUZ TV Azərbaycan kanalına oğul toyu öncəsi bir sıra maraqlı və özəl açıqlamalar verib.

Muztv.az xəbər verir ki, sənətçi bu gün, yəni dekbarın 4-də şəhər restoranlarından birində baş tutacaq oğlunun toyundan və seçimindən danışıb:

“Oğlum xanımını özü seçib. Heç bir qohumluğu da yoxdur. Oğlum özü sevib və həmin xanımla evlənməyə qərar verib. Düzdür, biz böyükləri olaraq onlara biri-birini tanıma şansı vermişdik. İl yarım biri-birilərini tanıyıblar. Daha sonra biz də razılıq vermişik. Allah xoşbəxt eləsin. Öz sevdiyidir. Özü sevən heç vaxt ayrılmaz”.

Manaf Ağayev Azərbaycanı Avropaya dəyişən sənət yoldaşlarına da münasibət bildirib:

“Kim xaricə, orada karyerası ilə məşğul olmaq üçün gedirsə, özü bilər. Allah xeyir versin. Amma mənim Azərbaycandan kənara çıxmaq fikrim yoxdur. Dəfələrlə demişəm, Allah mənə olan xalq sevgisini çox görməsin. Mənə elə vətənimin çörəyi bəs edir. Heç Rusiyadan da kənara çıxmaq fikrim yoxdur. Bu, mənim şəxsi fikrimdir. Amma kim dünya səviyyəli müğənni olmaq istəyirsə, onlara da uğur arzulayıram. Elə Azərbaycan məni tanısa, bəs edər”.

Müğənnilərin solo konsertlərindən o qədər də gəlir əldə etmədiyini deyən ifaçı özünün solo konsert vermək üçün vaxtının olmadığını dilə gətirib:

“Amma bir şeyi də deyim ki, konsertdən gəlir əldə etmək fikri ilə razı deyiləm. Belə söhbət ola bilməz. Ona görə ki, həmin konsertə çəkilən xərc çox olur. Amma kim ki, xərc çəkir, onları alqışlayıram. Mənim bir tək etmədiyim solo konsertdir. Düşünürəm ki, hansısa bir məclisdə oxuyursan, 1000 nəfər alqışlayırsa, elə konsertin biri də budur. Konsert hesabat deməkdir. Mütləq lazımdır. Hər bir müğənninin arzusudur ki, solo konsert versin. Tamaşaçım da bilir ki, o zalı doldurmaq mənim üçün problem deyil. Bu faktdır, danmaq olmaz. Sadəcə bu konserti etməyə vaxtım yoxdur. O mənada ki, bilirsiniz ki, aylarla məşq lazımdır, proqram seçməliyik. Axı toyda oxuduğunu konsertində oxumursan. İnşallah vaxtım olanda konsert verəcəm”.

Xatırladaq ki, bu gün Manaf Ağayevin oğlunun toyudur. Mərasim mediaya qapalıdır.

Bununla bağlı süjetə dekabrın 4-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva











113 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr
























15 Dekabr