Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Faiq Ağayev əsgərlər qarşısında – foto

30-11-2017


Xalq Artisti Faiq Ağayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib.

Muztv.az xəbər verir ki, hər zaman hərbi qulluqçulara xüsusi diqqət və hörmət göstərən F.Ağayev əsgərlər üçün sevilən mahnılarını səsləndirib.

Vətənpərvər ifaçı konsertdən müsbət emosiyalarla ayrıldığını bildirib:

“Dünən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əziz əsgər və zabitlərimizin qarşısında konsert proqramı ilə çıxış etdim. Bu səmimi görüş mənə bir ümman doğmalıq, sayqı, rəğbət bəxş etdi. Qoşunların komandanlığına, hərbi hissənin rəhbərliyi və şəxsi heyətinə bu qiymətli, əvəzsiz münasibətə görə qəlbən minnətdaram. Ömürlük həkk olundunuz ürəyimə. Doğmalarım kimi. Allah Azərbaycan əsgər və zabitlərini qorusun”.

Xatırladaq ki, konsertdə Xalq Artisti ilə birlikdə müğənnilər Fərid Həsənov, Həcər Əliyeva, Hüseyn Abdullayev də çıxış ediblər.
 



















117 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr
























15 Dekabr