Əməkdar Artist Yaşar Nurini yad etdi: “Yerin hər zaman görünür”
Şəbnəmin yeni fotosessiyası
Ayaz “Dəyişmərəm” dedi – video
Eldar Qasımov necə  insan olmaq istəyir?

Facebook instagram Twitter Youtube
ULDUZ

“Faytonçu Nazim” dərdini MUZ TV Azərbayacan-a bölüşdü - eksklüziv

14-11-2017


“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari MUZ TV Azərbaycana özəl açıqlamalar verib.

Muztv.az xəbər verir ki, öd kisəsindən əməliyyat olunduqdan sonra vəziyyəti ağırlaşan müğənni düzgün müalicə olunmadığı üçün həkimi Elman Əzimovu məhkəməyə vermişdi.
 
İfaçı hazırda məhkəmənin davam etdiyini və həkimin ölkədən giriş və çıxışına qadağa qoyulduğunu deyib:

“Klinikanın əmlak və bank hesablarına həbs qoyulmuşdu. Onlar apellyasiyaya məhkəməsinə müraciət etdilər və qazandılar. Hazırda vəkillər işləyir, bu proses uzun çəkəcək. Keçirdiyim mənəvi sarsıntıların təzminatını tələb edirəm. Mənim 62-65 min dollar (təxminən 110 min manat) arasında maddi xərclərim çıxıb. Burada əməliyyat olunduqdan sonra Türkiyədəki, İsraildəki həkimlərə müraciət etdim buna görə də təzminatımı tələb edirəm”.

Müğənni hazırda sağlamlığında heç bir problem olmadığını söyləyib:

“Gələn ilin yanvarında sonuncu dəfə müayinə olunacağam. Pəhrizimə uyğun qidaları qəbul edirəm. Çəkim də artıq normallaşmağa başlayıb.”

Sosial şəbəkədə “Bütün neqativlər onların özü kimi geridə qaldı” paylaşımını edən sənətçi bu barədə də danışıb:

“Dörd ay xəstəliyim zamanı yaxın olan insanlar mənə qarşı laqeyd davrandılar. Məni axtarmadılar, maraqlanmadılar”.

İfaçı gileyləndiyi insanlar arasında həmkarlarının olmadığını da vurğulayıb:

“Onlardan yerlə göy qədər razıyam. Məni elə sənətkarlar axtardı ki, fikirləşsəm ağlıma gəlməzdi. İnanmazdım ki, bu ağrılı günlərimdə  mənimlə bir yerdə olacaqlar.”

Müğənni ağır vaxtlarında dualarını ondan əsirgəməyən xalqına da təşəkkür edib. O, xalqının ona yaşamaq şövqü verdiyini dilə gətirib.

Sənətçi yeni işlərindən də söhbət açıb:

“Hazırda Nadir Əzimovdan bir neçə mahnı götürmüşəm. O ifalar üzərində çalışıram, aranjiman işləri gedir”.

Nazim Pişiyari solo konsert verəcəyinin müjdəsini də verib:

“Solo konsert vermək qərarına gəldim. Yaxın zamanda konsertin proqramını tərtib olunacaq və məşqlər başlayacaq. Güman edirəm ki, Novruz bayramı ərəfəsində baş tutacaq”.

Müğənni kariyerası boyunca ilk dəfə solo konsert verəcəyini və buradan gəlir əldə etməyi düşünmədiyini söyləyib:

“Bu konserti xalqıma minnətdarlığımı bildirmək üçün edirəm. Gəlsinlər ifalarımı onlarla bölüşüm”.

Bununla bağlı süjetə noyabrın 14-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Əhəd Miriyev

67 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr


22 Noyabr