Günel ailə qurmamağının səbəbini açıqladı
Hollivud ulduzu istirahətini övladları ilə keçirdi - foto 
Firuzə İbadova xatirələrini bölüşdü
Kərim saatının və papağının qiymətini açıqladı 

Facebook instagram Twitter Youtube
ULDUZ

 “Röya, Natavan və mən fərqli insanlarıq”- Elnarə Xəlilova MUZ TV Azərbaycan-a danışdı

14-11-2017


Müğənni Elnarə Xəlilova MUZ TV Azərbaycan kanalına özəl açıqlamalar verib.

Muztv.az xəbər verir ki, sənətçi bayağı müğənnilərə iradını gizlətməyərək onlardan ağızdolusu danışıb:

“Kimin gözəli bədəni var, deyir müğənni olacam. Oxuya bilmirsənsə, özünə niyə əziyyət verirsən axı?! Mənim tamaşaçılara da yazığım gəlir. Müğənni olma, get başqa sahə seç, bəlkə peşəkar olacaqsan?”

Bundan əlavə, Elnarə ”W-trio”dakı dostları əməkdar artist Röya və Natavan ilə münasibətlərindən də söz açıb. Xəlilova aralarında son illərdə yaranan soyuqluğun səbəbini də etiraf edib:

“Mən onlarla küsülü deyiləm, amma onların fikrini bilmirəm. Soyuqluq ondan yarandı ki, hərənin başı özünə qarışıb. Mən ailə qurdum, ailə, uşaq, qayğılar. Röyanı nə zaman axtarırsan Türkiyədə olur. Natavan da yenicə ailə qurub. Allah ona da bir övlad nəsib etsin ki, bizi başa düşsün. Məni hansı məclisə dəvət etsələr, gedərəm”.

Xatırladaq ki, sənətçi yeni albomu üzərində çalışır. 

Bununla bağlı süjetə noyabrın 14-də MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

 

155 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr


21 Noyabr