Əməkdar Artist Yaşar Nurini yad etdi: “Yerin hər zaman görünür”
Şəbnəmin yeni fotosessiyası
Ayaz “Dəyişmərəm” dedi – video
Eldar Qasımov necə  insan olmaq istəyir?

Facebook instagram Twitter Youtube
ULDUZ

Niyam Salami Alla Puqaçovanın mahnısını ifa edəcək - MUZ TV Azərbaycan-a eksklüziv açıqlama

14-11-2017


Müğənni Niyam Salami MUZ TV Azərbaycan kanalına özəl açıqlamalar verib.

Muztv.az xəbər verir ki, müğənni yeni il ərəfəsində həmkarı Səidə Sultan ilə yeni mahnısını təqdim edəcəyini söyləyib. İfaçı mahnının 1998-ci ilə aid olduğunu söyləsə də adını sirr saxlayıb: “Bu mahnı bizim çox gözəl tamaşalarımızdan birində səslənib. Mahnını Səidəyə deyəndə dedi “Niyam sən bunu haradan tapmısan?” Ritmik gözəl bir ifa olacaq”.

İfaçı həmkarı Rüfət Axundov ilə səsləndirdiyi “Aspirin ” adlı mahnısı üçün klip hazırlığında olduğunu deyib: “Rüfət ilə ifa etdiyim mahnının klipində erotik səhnələr olacaq. Buna görə məşq edirəm əzələlərimi qaydaya salıram. Tərəf müqabilim rəqqasə Rəna Ağamuradova (Renka) olacaq. Renkanı ona görə seçdim ki, kompleksi yoxdur, rahatdır. Azərbaycanda olmayan bir layihə olacaq. Bu Rüfət üçün də yenilik olacaq. Aranjimanı Fərid Ağa edir”.

Yeni il üçün xüsusi olaraq hazırlanan Niyam Salami SSRİ Xalq Artisti Alla Puqaçovanın mahnısını ifa edəcəyini dilə gətirib.

İfaçı dicey Rza və skripka ifaçıcı Zamiq ilə ritmik bir mahnı ərsəyə gətirdiyini də açıqlayıb.

Müğənni yerli televiziya kanallarından da şikayətlənib: “Fidan Süleymanova ilə  “Bu sevgidən sən də xəstə, mən də xəstə” adlı mahnı ifa etdik. Klip də çəkdirməli idik. Məndən bu ifanı səsləndirməyi istəyirlər, ancaq tək ifa edə bilmərəm. Reklamı olmayan, az tanınan insanları efirə buraxmırlar”.
 
İfaçı yaxın zamanda konsert proqramları ilə çıxış edəcəyini söyləyib: “Şəki və Gəncə şəhərlərində konsertlərim baş tutacaq”.

Yayda Bakıda konsert verməyi düşünən sənətçi sponsorlar ilə yaşanan problemlərə görə təxirə düşdüyünü söyləyib: “Sponsorlar müğənnidən artıq öndə olmaq istəyirlər. İş strukturları xoşuma gəlmədi. Ona görə konsert düşüncəmi kənara qoydum. Yaxşı ki, belə etmişəm 4 yeni ifa səsləndirdim”.

Bununla bağlı süjetə noyabrın 14-də MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Günel Əliyeva

47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr


22 Noyabr