Əməkdar Artist Yaşar Nurini yad etdi: “Yerin hər zaman görünür”
Şəbnəmin yeni fotosessiyası
Ayaz “Dəyişmərəm” dedi – video
Eldar Qasımov necə  insan olmaq istəyir?

Facebook instagram Twitter Youtube
ULDUZ

“Bu şəhərdə” 17 illiyini əla qeyd etdi – MUZ TV Azərbaycan lentə aldı - foto

10-11-2017


“Bu şəhərdə”nin 17 illiyinə həsr olunmuş “Təkər” adlı konsert proqramı reallaşıb.

Muztv.az xəbər verir ki, konsertin açılışı müğənni Rəhim Rəhimli repçilər Nadir Nəğd Pul və Ramil Nabranın birgə ifa etdiyi “Basdalama” adlı duet ilə başlayıb. Rəhimov Ramil Nabranlının, Rəfael isə Nadir Nəğd Pulun obrazını canlandırıb. Sonra Rəhim Rəhimli səhnəyə gələrək onlarla birgə duet ifa edib.

Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov bu dəfə də izləyicilərin gülüşünə səbəb olan səhnəciklər təqdim ediblər.

Gecədə “Təkər”, “Molla prodoction” kimi bir çox tamaşalar canlandırılıb. Konsert zamanı marağa səbəb olan məqamlardan biri də aktyorların keçmiş filmlərimizi tərifləyərək, hazırkı filmləri tənqid etməsi olub.

Konsertin aparıcılığını müğənni Rəşad İlyasov edib. Gecədə müğənni Zamiq Hüseynov, aktyor Allahverdi Yolçuyev, aktrisa Kamilə Babayeva, aparıcı Xədicə Sənanqızı, aparıcı Fərid Rzayev və bir çox sənət nümayəndələri iştirak ediblər.

İfaçı Zamiq Hüseynov MUZ TV Azərbaycan kanalına konsert barədə təəssüratlarını bölüşüb:

“Bu şəhərdə” bizim ailəmizin, musiqi dünyamızın çox yaxın dostudur. Onun kollektivi ilə yaxşı və pis günlərimiz olub. İldə bir neçə dəfə konsertləri olur. Biz hər zaman bunu arzulamışıq, onların öndə olmağını istəmişik. Öz uğurları, istedadları ilə sevilən və seçilən insanlardılar. Möhtəşəm konsertə gəlmişik, inanıram böyük zövq alacayıq”.

Gecədə qonaq olan aktyor Allahverdi Yolçuyev “Bu şəhərdə” kollektivinin yaxın dostu olduğunu dilə gətirib:

“Hər zaman mənə dəyər verərək konsertlərinə dəvət edirlər, mən də həyat yoldaşımı götürüb gəlirəm. Günümüzü çox gözəl keçiririk. İnsan yaşa dolduqca, daha da formalaşır. 17 il az müddət deyil. Hər zaman möhtəşəm konsertlə çıxış edirlər. Elə vaxt olub ki, 10 gün konsert veriblər. Bu, hər sənətkarın hünəri deyil. Onların istedadı, xalq tərəfindən sevilməsi, alqışlanması onların bacarığından irəli gəlir. Onlara uğurlar arzu edirəm. Uzun ömürlü kollektiv olsun. “Bu şəhərdə” hər zaman gülüş var. Onun adını eşidəndə istər-istəməz insanların üzündə təbəssüm yaranır. O təbəssümü insanalar bəxş edə bilirlərsə, demək xoşbəxt insanlardır”.

Xatırladaq ki, “Təkər” adlı konsert proqramı Bakıdan sonra, Londonda və Naxçıvanda keçiriləcək. Bununla bağlı süjetə noyabrın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Günel Əliyeva































384 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr


22 Noyabr