Əməkdar Artist Yaşar Nurini yad etdi: “Yerin hər zaman görünür”
Şəbnəmin yeni fotosessiyası
Ayaz “Dəyişmərəm” dedi – video
Eldar Qasımov necə  insan olmaq istəyir?

Facebook instagram Twitter Youtube
ULDUZ

​Könül Kərimovadan MUZ TV Azərbaycan-a özəl açıqlama - müjdəli xəbər var  

08-11-2017


Müğənni Könül Kərimova MUZ TV Azərbaycana özəl müsahibə verib.

Muztv.az xəbər verir ki, müğənni illər öncəki duet ortağı Namiq Qaraçuxurlunu doğum günü münasibət ilə təbrik edib:

“Mənim əziz dostumdur. Hər kəsin əzizidir. Onunla olan duetlərimiz bu günə kimi öz aktuallığını itirməyib. Buna görə çox sevinirəm. Mən ona can sağlığı arzu edirəm. Xanımı ilə birgə ailə səadəti arzu edirəm. Namiqin hər zaman uğurlarına sevinmişəm. Aramızda xırda da olsa, narazıçılıq olmayıb. Hər zaman gözəl sədası gəlsin. Namiq çox istedadlı və yaxşı oğlandır”. Sənətçi həmkarı ilə illər öncə ifa etdiyi “Cavanlıq səhvi” mahnısını “Cavanlıq səhvi 2” kimi yenidən duet şəklində ifa edəcəklərinin də müjdəsini verib.

K.Kərimova yeni fotosessiyasının birmənalı qarşılanmamasına da münasibət bildirib. İzləyicilərin bir qismi sənətçinin şəkillərdə özünə bənzəmədiyini, bəziləri isə makiyajının ona yaraşmadığını qeyd etmişdi. Müğənni hər zaman dəyişiklikdən yana olduğunu vurğulayıb:

“Çox gözəl yaraşmışdı. Dəyişiklik oldu. Xeyli sayda izləyici bəyənib. “Yaraşmayıb” deyən bir-iki nəfər var. Aydın məsələdir ki, hansı məqsədlə deyiblər. Gözüm yaxşı görür, dünyagörüşüm də çox yaxşıdır. Yaxşı nədir, pis nədir bilirəm. Təzə sənətə gələnlər bilməz bu yaxşıdır ya pisdir. Orada əziyət çəkən məni dəyişən insanlara qarşı günah olar. Toya geyindiyim libaslarımdan biri idi, həmişəki görüntümdü. Əslində o qədər də dəyişiklik yoxdur. Saçımı “Polboks” kəsdirməmişəm, başqa tərzdə deyiləm. Sadə makiyaj idi, çəkiliş zamanı effektlərdən də istifadə olunmayıb”.

İfaçı mayda nişanlanan qızı Ləmanın toyunun noyabrın axırında reallaşacağını söyləyib. Könül Kərimova toy məclisinin mediyaya açıq olacağını dilə gətirib.

Yeni işlərindən də söhbət açan Könül Kərimova yaxın zamanda sevənlərinə yeni ifalarını və klipini təqdim edəcəyini deyib.

Müsahibə ilə bağlı süjetə noyabrın 8-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Əhəd Miriyev

Günel Əliyeva

Muztv.az

417 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr


22 Noyabr