Atasını itirdikdən 3 gün sonra "Maşın şou"ya qatılan Vüqar: "Murada söz vermişdim" 
Alim Qasımovla haqda film çəkildi - video 
Elşaddan iddia: "Bəziləri əlini çəkdiyi halda "Maşın"da qalır..." 
Ağalarovlar bir arada - foto 

Facebook instagram Twitter Youtube
ULDUZ

"Psixoloji problemləri var" dediyi qadın Güneli "Maşın"dan uzaqlaşdırdı - fotolar

13-10-2017


"Atv" telekanalında "Xanımlar və Cənablar" devizi ilə yayımlanan "Maşın"ın 4-cü gününün səsverməsi yekunlaşıb.

Muztv.az xəbər verir ki, bu gün tribunaya səsverməyə öz istəyi ilə müğənni Günel Ələkbərova çıxıb.

O, öncədən hədəfinin teleaparıcı Vüsalə Kərimova olduğunu açıqlayıb.

Buna səbəb isə Vüsalənin Güneli təhqir etməsi olub.

Belə ki, gün ərzində söhbətdə Günel Vüsaləni oyundan uzaqlaşdrmaq istədiyini deyib. Həmin ərəfədə layihə əməkdaşları telefon gətirərərk Vüsalə Kərimovanın oğlu ilə danışdırıb. Övladı ilə danışan Kərimova göz yaşı töküb. Bu zaman ifaçı etiraz edib və bildirib ki, onun çıxışı zamanı Kərimovaya nə səbəbə telefon gətirilib? Onun sözləri Vüsaləni özündən çıxarıb: 

“Mənim uşağımın sənə nə aidiyyatı var? Ay qız, sən kimsən? Mənim beynimi döndərmə. Oğlumdan danışa bilməzsən. Onun məndən başqa heç kimi yoxdur”.

Yayım ərzində Günel Vüsalə Kərimovaya "Danışdıqca batırsan. Murad müəllim bu qadının psixoloji problemleri var" deyib.

Digər iştirakçı, teleaparıcı Zemfira Adıgözəlova da Günelə dəstək olub:

"Günel bəzənir dayanır, kimsə elə bilir ki, onun heç bir maddi sıxıntısı yoxdur. Günel bura reklama gəlməyib. Onu illərdir tanıyıram və bilirəm ki, həqiqətən də maşına ehtiyacı var. Vüsalə, sən də burada bəzənib dayanırsan".

Buna baxmayaraq, son nəticələr zamanı Günel Ələkbərova 33,06 % səslə şounu tərk edib.

Vüsalə təbəssümünü, Zemfira isə göz yaşlarını gizlədə bilməyib.

Qeyd edək ki, bu gün şoudan Arif Quliyev də öz istəyi ilə uzaqlaşmışdı.

Xatırladaq ki, "Maşın" sabah 23:00-da "Vicdan Haqqı" serialından dərhal sonra yayımlanacaq.

Lamiyə BALACAYEVA











446 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr


























































































20 Oktyabr