Ebru Gündeş oteldə qalmadı - iddia yalan çıxdı
Daha bir azərbaycanlı "O səs Türkiyə"də - video
Aybəniz Haşımovanı bir də belə görün - foto
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirlib - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

“YARAT” Müasir İncəsənət Məkanı ilk “M.A.P” Bakı İncəsənət Festivalını təqdim edir

12-10-2017


“YARAT” Müasir İncəsənət Məkanı noyabr 1-dən 6-dək ilk “M.A.P” Bakı İncəsənət Festivalını keçirəcək.

Muztv.az xəbər verir ki, festivalın bədii məqsədi və yüksək hədəfi, ilk növbədə, gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdır. 

Festivalda adları aşağıda qeyd edilən tamaşalar nümayiş olunacaq:

“Bir əsgərin hekayəti” - balet-tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan)
“Gülməli adamın yuxusu” – “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya)

“Ked” – “Praktika” teatrı (Rusiya)

“Troya zövcələri” – “Royal District” teatrı (Gürcüstan)

“Birgə yaşama” - “Eskizı v prostranstve” aktyor qrupu (Rusiya)

“Sovrulanlar” baleti – “Novıy Balet” teatrı (Rusiya)

“Çevrilmə” baleti – “Novıy Balet” teatrı (Rusiya)

“Bolero” baleti – “Novıy Balet” teatrı (Rusiya)

Festival çərçivəsində, həmçinin üç gün “Gaga Intensive” müasir rəqs məktəbinin (İsrail), eləcə də Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya) keçriləcək.

Festivalın konsert proqramına Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Bencamin Brittenin “Frenk Bric mövzusuna dair variasiyalar”ı, Sofiya Qubaydulinanın “Fachwerk” əsəri daxildir. Orkestrə Xalq Artisti Yalçın Adıgözəlov dirijorluq edəcək. Konsertin solisti Roman Yusipey (Almaniya) olacaq.

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Dekabr


















16 Dekabr