Atasını itirdikdən 3 gün sonra "Maşın şou"ya qatılan Vüqar: "Murada söz vermişdim" 
Alim Qasımovla haqda film çəkildi - video 
Elşaddan iddia: "Bəziləri əlini çəkdiyi halda "Maşın"da qalır..." 
Ağalarovlar bir arada - foto 

Facebook instagram Twitter Youtube
ULDUZ

Elçin Sanqunun anasından sərt sözlər

12-10-2017


Türkiyəli aktrisa Elçin Sanqu ilə meneceri Başak Okay arasında olan təzminat davası davam edir.

Muztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, menecer sənətçini vəfasızlıqla günahlandıraraq ondan 100 min dollar (təxminən 170 min azn) təzminat tələb edib.

Aktrisanın sevgilisi Yunus Özdiken ilə aktyor həmkarları Türkü Turan, Kerem Fırtına şahid qismində məhkəmədə iştirak edib. “Elçin müqaviləni oxumadan imzaladı. Çətinliklə müqavilənin surətini aldıq. Ağır şərtlər olduğunu gördükdə əhvalı korlandı” deyə aktrisanın sevgilisi söyləyib. Aktyorlar isə Başay Okayın menecerlik edə bilmədiklərini dilə gətirib.

Aktrisanın anası Başay xanım isə "qızımın sevənləri ilə mübahisələr edirdi. Qızım çox məyus oldu, zərərə düşdü. Bu səbəbdən ondan ayrıldı. Okayın sosial şəbəkədə yazdığı pis şərhlər qızımın gələcəyini məhv etdiyini düşünürəm. İçki problemi də var” söyləyib. Məhkəmə vaxtı uzadaraq daha sonra qərar verəcəyini açıqlayıb.

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr


























































































20 Oktyabr