Nigar pərəstişkarlarını "Möcüzə gecəsi"nə dəvət etdi - foto
Bu dəfə "Maşın"ı o tərk etdi
Miri Yusif: "Yetər ki, hisslərlə oynamayın"
Əməkdar artistin qızı aparıcılıq edir

Facebook instagram Twitter Youtube
ULDUZ

Pikə Axundovanın yaradıcılıq gecəsi keçirildi - fotolar

11-10-2017


Bugün Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar-pianoçu Pikə Axundovanın mahnılarından ibarət yaradıcılıq gecəsi keçirilib.

Muztv.az xəbər verir ki, gecədə bir sıra tanınmış incəsənət xadimləri, sənət nümayəndələri iştirak edib.

Tədbirdə əməkdar artist Zaur Əmiraslanov "Fəvvarələr şəhəri", Səbinə Ərəbli "Şəhla gözlüm", Orxan Cəlilov "Soruşma", əməkdar artist Aygün Bəylər "Qəlbimin səsi", əməkdar artist Lalə Məmmədova "Səninəm" mahnılarını səsləndiriblər.

Əməkdar artist Aygün Bəylər ifasından sonra "Mən Pikəni çox sevirəm. Sevinirəm ki, Azərbaycan musiqisi bu gözəl insanın əlindədir" deyib.

Əməkdar artist Zaur Əmiraslanov bəstəkarı tələbəlik illərindən tanıdığını qeyd edib:

"Mənim dəyərli dostum, tələbəlik illərindən bəri qoruyub saxladığım insan, ailəvi yaxınlıq etdiyimiz insan Pikə xanım Axundovanın bu gün özəl günüdür. Mən deyərdim ki, o gənc, müasir Azərbaycan bəstəkarlarının ən yaxşısıdır. Onun mahnıları dillər əzbəridir, tarixdə qalası mahnılardır. Mən də "Fəvvarələr şəhəri" mahnımı onun sayəsində ifa etdim. O mahnı mənə böyük uğur gətirdi. Ona uğurlar arzu edirəm. Çox sevinirəm ki, elə bir gözəl insanın bugün möhtəşəm günü təşkil olunub. Bilirəm ki, hər kəs bu konsertdən böyük zövq alacaq". 

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan da belə bir tədbirin təqdirəlayiq olduğunu vurğulayıb:

"Mən çox sevinirəm, çünki Pikə Axundova bizim bəstəkar Arif Məlikovun tələbəsidir. Çox istedadlıdır. Pyesləri ilə yanaşı onun gözəl mahnıları da var. Özünəməxsus ürəyi də var. Onun istedadı uşaq vaxtından məlum idi. Bilirdik ki, Pikənin parlaq gələcəyi var. O, həm də gözəl anadır". 

Xalq artisti, nağara ifaçısı Natiq Şirinov da Pikəxanıma uğurlar arzulayıb:

"Bugün gözəl, gənc bəstəkarın konsertidir. Ona uğurlar arzulayıram".

Sevda MƏMMƏDOVA
Fotolar: Elkin ƏSGƏROV





































47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Oktyabr










21 Oktyabr