Arzu Rzayev qısa paltar geyinən qızlara baxır
Rihanna ərəb sevgilisi ilə Meksikada dalaşdı
Aybəniz Haşımova kökəlmədən əziyyət çəkir
Müğənni-rəqqasə qalmaqalı səngimir 

Facebook instagram Twitter Youtube
ULDUZ

Azərbaycanlı aktyor beynəlxalq festivalda uğurla çıxış edib

11-10-2017


Azərbaycan Gənc Tamaşaçılar Teatrı Ukraynanın paytaxtı Kiyevdə “Mariya” Beynəlxalq Monotamaşalar Festivalında iştirak edib.

Muztv.az xəbər verir ki, festivalda sənət ocağının aktyoru, əməkdar artist Şövqi Hüseynovun rol aldığı P.Züskindin “Kontrabas” tamaşası təqdim olunub. 

Aktyor festival çərçivəsində təşkil edilən “Aktyor sirri” adlı mədəni dialoq forumuna da qatılıb.
 
Seminarda aktyorun “Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ” mövzusunda məruzəsi dinlənilib. 

Məruzədə Azərbaycan teatrının bugünkü durumu və ölkəmizdə fəaliyyət göstərən sənət ocaqlarının inkişafı ilə bağlı məlumatlar yer alıb.

Qeyd edək ki, festivala Azərbaycanla yanaşı, Polşa, İspaniya, Ukrayna, Slovakiya, Böyük Britaniya və Türkiyədən olan peşəkar teatrlar da qatılıb.

Qeyd edək ki, əməkdar artist Şövqi Hüseynov “Kontrabas” monotamaşası ilə Rusiyanın Nijnevartovsk şəhərində oktyabrın 25-dən 28-dək davam edəcək “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında çıxış edəcək.





104 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyul






















20 İyul