Təranə Qumral Musa Musayevdən boşanır?
Dilarə “Dəm”ə yeni ab-hava gətirdi - foto
Murad Dadaşov layihəsi ilə geri dönür
Rəhman Rəhmanovun oğlu azadlıqda

Facebook instagram Twitter Youtube
ULDUZ

Pərvin Abıyeva od püskürdü: "Məni bu sənətə onlar seçib gətirib" - foto

11-10-2017


Bir çox yerli film və seriallarda rol alan aktrisa Pərvin Abıyeva sosial şəbəkədə illər öncə rol aldığı "Zabit şərəfi" filmindən bir parça paylaşıb.

Muztv.az xəbər verir ki, aktrisa bu paylaşımı ilə onun sənətini qəbul etməyənlərə belə cavab verib:

"Bu filmə "Youtube"da kim baxıb?". Bu film demək olar ki, mənim sənətə ilk addımlarımı atdığım zamanlarda 21-22 yaşlarımda çəkilib. Məni çoxları istedadlı, bacarıqlı və ya əksinə adlandıra bilər. Türkiyədə min hoqqadan çıxıb, bir dənə də olsun türk kişi buraxmayan (ünvanlı) mənim haqqımda irəli-geri 100 söz deyə bilər. Mənim işimə şübhə edənlər çalışdığım böyük rejissorlara da şübhə etmiş sayılırlar. Çünki məni bu sənətə onlar seçib, gətirib. İlk addımlarımı dünənin gənc, yeni rejissorları ilə başlamamışam. O zamanlar mən sadəcə qızcığaz idim. Arxamda da kimsəm yox idi. Mən sadəcə kinostudiyaya rəfiqəsi üçün hədiyyə alıb aparan zaman kəşf edilən bir qızcığaz idim. Amma bu sahədə fəxr etdiyim bir məsələ var. Mən bu sənətə hansısa gözəllik salonlarında modellik edənlər kimi və ya reklam, seriallarla gəlməmişəm. Həmin insanları aşağılamıram. Fəxr edirəm ki, mənim sənətə ilk yolum Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından keçib. Kinostudiyada işləməyin nə olduğunu həmkarlarım bilir. Hələ də böyük aktyorlarla işləyirəm. Keçdiyim yol mənim üçün bir məktəb olub. Mən sizin görmədiyiniz dövlətin film fonduna gedən ən az 5 filmə çəkilmişəm. Bax, mən bunlarla fəxr edirəm. Ona görə də haqqımda kim nə deyir, desin".



275 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Dekabr




































14 Dekabr