Zamiqdən etiraf: “Hər dəfə məni gözləyən sevimlim”
Növbəti hit duet gəlir: “Qoy ağlasın göylər”
Sami Orucun yeni klipi - video
Vasif Məhərrəmlidən yeni mahnı - audio

Facebook instagram Twitter Youtube
ULDUZ

Elnurdan Rövşanəyə: "Düşüncəsizcə danışmaq..."

11-10-2017


Aktyor Elnur Kərimov sosial şəbəkədə teleaparıcı Rövşanə Bektaşinin ünvanına sərt sözlər yazıb.

Muztv.az xəbər verir ki, aktyor "Facebook" hesabındakı paylaşımı ilə Rövşanənin efirdə səhvlərə yol verməsindən şikayətlənib. O, bu barədə "ARB" kanal rəhbərliyinə müraciət etdiyini də vurğulayıb:

“Aparıcı ya peşəkar olmalıdır, ya da olmamalıdır. Mövzunu eşidən kimi dərhal reaksiya verdim. İlk növbədə teatrdan danışmaq üçün onu tanımalısan. Məlumatın olmalıdır ki, teatr sahəsində hansı islahatlar, qastrollar, tamaşalar var. Danışılan mövzu və “Bu, mənim şəxsi fikrimdir” deyərək düşüncəsizcə danışmaq ayıbdır. Qonaqlarına danışmağa imkan verməyən aparıcı deyir ki, "Azərbaycanda fəaliyyət göstərən Şuşa, İrəvan və Gənc Tamaşaçılar Teatrı kiçik olduğu üçün bağlanmalıdır". Mən də dərhal "ARB" kanalının “Səhər-səhər” proqramının prodüseri ilə əlaqə saxlayıb, narazılığımı bildirdim. Amma Əhməd Ağdamskini tanıması məni bir az rahatlatdı ki, heç olmasa onu tanıyır”.

Qeyd edək ki, aktyorun etirazına səbəb Rövşanə Bektaşinin canlı yayımda teatrlara “söz atması” olub.

205 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Dekabr


16 Dekabr