Aktrisa paylaşımına görə tənqid olundu
Mənzurə qalmaqallı geyimindən danışdı - video
Müğənnilər dostluqlarını pozdular
"Superstar" layihəsi ilə geri qayıdır

Facebook instagram Twitter Youtube
ULDUZ

Şou-biznes ulduzlarından maraqlı açıqlamalar

18-08-2012


     Ramazan ayı başa çatan kimi şou-biznes əhli yenidən toylarda görünəcək. İndidən El şənliklərinə dəvət alan Vasif Məhərrəmli qonorar açıqlamağı sevmir. Müğənni bircə onu deyib ki, ona müraciət edən insanların 99 faizi geriyə boş qayıtmır. Vasif Məhərrəmli bəzi müğənnilərin toy bazarında tələb olunmadığını da vurğulayıb.
    "Yaradıcılıqla məşğul olmaq mənim depressiyadan yeganə çıxış yolumdur" deyən xalq artisti Aygün Kazımova həyatının gözəl anlarını səhnədə yaşayır. Müğənninin sözlərinə görə, tamaşaçı sevgisi ona stimul verir: “Bir gün işləməsəm, dərhal depressiyaya düşürəm. Sonra isə depressiyadan çıxmaq çətin olur. Bu səbəbdən fasilə vermədən işləməyə çalışıram” - deyə xalq artisti hisslərini bölüşüb.
     Emin Ağalarov “Baby Get Higher” mahnısının yeni – akustik versiyasını təqdim edib. İfaçı “After The Thunder” albomuna daxil olan bu mahnını Moskvada olan səsyazma studiyasındakı məşqləri zamanı ifa edib. Mahnı “YouTube” kanalına yerləşdirib.
    Xalq artisti Ilhamə Quliyeva xaricdə yaşadığı həyat yoldaşını hamıdan gizli saxlayır. Müğənninin sözlərinə görə, bəzi paxıl insanlar gedib qara qüvvələrlə məşğul olub, onları ayırmağa çalışdığı üçün buna məcbur olub: “İnsan cavan olanda heç nəyə fikir vermir, amma qocalanda artıq istəyirsən ki, yanında bir yol yoldaşın olsun. Oğlum Orxanı evləndirib xaricə yoldaşımın yanına gedəcəyəm”- deyə xalq artisti vurğulayıb.
    Müğənni Məryəm Şabanova ikinci dəfə ana olacaq. 6 aylıq hamilə olan sənətçi oğlan övladı dünyaya gətirəcək. Cütlük körpəsinə ad qoymağı da fikirləşir. Məryəm Şabanova körpəsinin qız, həyat yoldaşı isə oğlan olmağını arzulayır. Hər ikisi də xoşbəxt olduğunu açıqlayıb.

 

Xəyalə Əzizova

 

Muz-Tv.az.
 

1690 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Dekabr










30 Noyabr