Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Safura Əlizadə nişanlandı

25-06-2013


   Müğənni Safura Əlizadə nişanlanıb. Yaxın günlərdə ailə quracağı gözlənilən cütlüyün birgə fotosunu təqdim edirik. Hətta müğənni öz soyadını da dəyişərək Əliyeva edib. Müğənni Emma Ələkbərzadənin hədsiz dərəcədə arıqlaması hər kəsin marağına səbəb olub. Müğənni bildirib ki, hələ də gün ərzində onlarla pərəstişkarı ondan arıqlamağın yollarını öyrənməyə çalışır. Bu suallardan yorulan ifaçı sosial şəbəkədə məsələylə bağlı münasibətini bildirib:“Mənim əziz dostlarım, əsasən də xanımlar... Gün ərzində saysız-hesabsız məktublar alıram. Hamı arıqlaması üçün onlara kömək etməyimi istəyir. Mən həkim deyiləm. Kiməsə məsləhət verməyə də haqqım yoxdur. Hər bir orqanizm individualdır, pəhrizim birinə kömək ola bilər, digərinə isə yox. Bu, pis nəticə verə bilər. Sonra nə olacaq? Məni həbs edəcəklər. Mütəxəssislərə müraciət edin”.

   Müğənni Elçin Hüseynov həmkarı Nadir Qafarzadəni plagiat mahnı oxumaqda ittiham edib. Elçin Nadirin “Sənə verərəm şabaş” mahnısının onun səsləndirdiyi “Zalım”ın təkrarı olduğunu deyib: “Nadir Qafarzadənin səsləndirdiyi “Sənə verərəm şabaş” mahnısının son notları mənim “Zalım” bəstəmin eynisidir. Nadir plagiat musiqi ifa edib”. Elçin həmkarlarının onun oxu tərzini təkrarlamasından da söz açıb: “Sənətə ilk gəldiyim günlər altı-beş ritmində mahnılar oxuyurdum. O vaxtlar heç kim məni bəyənmirdi. Amma indi şou-biznesdəki sənətçilərin əksəriyyəti bu stildə oxumağa başlayıb”. Qeyd edək ki, “Zalım” mahnısının müəllifi bəstəkar Hacı Nazimdir.

   Dima Bilan və həmyerlimiz Nigar Camalın “Obnimi menya” dueti tək Azərbaycan və Rusiyada deyil, artıq bütün dünyada populyarlıq qazanmaqdadır. “Obnimi menya” duetinə çəkilən klip internetdə artıq 1 milyon yarım baxış toplayıb.

 

Sevda Məmmədova

 

Muz-Tv.az

878 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr