Təranə Qumral Musa Musayevdən boşanır?
Dilarə “Dəm”ə yeni ab-hava gətirdi - foto
Murad Dadaşov layihəsi ilə geri dönür
Rəhman Rəhmanovun oğlu azadlıqda

Facebook instagram Twitter Youtube
ULDUZ

"Maşın" Vüqar üçün əldən getdi: "Mən həyatımda hər şeyi cırmaq-cırmaq qazanmışam..."

10-10-2017


Bu gün "Atv" telekanalında "Xanımlar və Cənablar" devizi ilə yayımlanan "Maşın" şounun ilk səsvermə günü baş tutub.

Muztv.az xəbər verir ki, 15-ci sürətin ilk günündə tribunaya səsverməyə əməkdar artist, aktrisa Mehriban Xanlarova çıxıb.

Hədəfini verilişin əvvəlindən gizlədərək "Mən 9 kişiyə qarşı mübarizə aparacam, özüm də burda 10-cu kişiyəm" desə də, verilişin sonuna təxminən 15 dəqiqə qalmış aktrisa seçiminin məhz müğənni Vüqar Muradov olduğunu deyib.

Nəticədə "qalsın"a 52,72% səs toplayan Xanlarova qərarının üstündə dayanıb və Vüqarı şoudan uzaqlaşdırıb.

Vüqar isə elə yayım başlayandan hədəfin özü olduğunu deyib:

"Elə başdan da hədəf mən idim. Rolda aktrisa olanlar həyatda da aktrisadırlar, mənsə bunu bacarmıram. Bugünə kimi həyatımda hər bir şeyi cırmaq-cırmaq, öz əziyyətimlə qazanmışam. Mənə belə hazır maşın nəsib olmazdı".

Qeyd edək ki, "Maşın" 9 xanım və 8 cənabla davam edir.

Xatırladaq ki, veriliş həftə içi hər gün saat 22:15-də efirə çıxır.

Lamiyə BALACAYEVA





240 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Dekabr




































14 Dekabr