Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Maksim Qalkin Alla Puqaçovaya xəyanət etdi

24-06-2013


   Keçən həftələrdən birində sosial mediada müğənni Maksim Qalkinin Alla Puqaçovanı ukraynalı modellə aldatdığı haqqında xəbərlər yayılıb. İddialara görə, Qalkin bir neçə dəfə gənc xanımın  Soçidəki evini ziyarət də edib. Jurnalistlərin bu barədə suallarına Alla Puqaçova qısa cavab verərək: “Çox kədərliyəm. Məni hələ heç kim bu qədər incitməmişdi” –deyə bildirib. Mənbə Alla ilə Maksimin Moskvanın mərkəzi otellərindən birində dalaşdıqlarını söyləyib. Qalmaqaldan sonra cütlük məkanı ayrı-ayrı maşınlarda tərk edib.

   Devid və Viktoriya Bekham işgüzar səfərlə bağlı Pekindədirlər. Cütlüyü paytaxtın televiziyalarından birində şouya dəvət ediblər. Proqram ərzində Viktoriya öz geyim kolleksiyasından yeni modelləri təqdim edib. Çinlilər xanım Bekhamın gülüşünə heyran qalıblar.  Xatırladaq ki, idman karyerasını bitirən Devid Bekham hazırda Pekində futbolun inkişafı ilə məşğul olur.

   Gürcü müğənni İrakli Pirsxalava dünyaca məşhur dj Devid Vendetta ilə birgə lentə aldığı yeni sinqlına klip çəkdirməyə hazırlaşır. Çəkilişlər Moskvada reallaşacaq. Əsas qadın rolunu ukraynalı model, “Nikita” qrupunun solisti Darya Astafyeva canlandıracaq.

   Məşhur müğənni Meray Kerri İtaliyada yaxta gəzintisinə çıxıb. Diva uzun müddətdən sonra ilk dəfə çimərlik geyimində fotokameralara tuş gəlib. Artıq çəkisi ilə mübarizə aparan, kameralardan uzaq istirahət etmək niyyətində olan Merayın bu arzusu həyata keçməyib.

 

 

Sahilə Aslanova

 

Muz-Tv.az

931 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr