Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Tələbələrin I Beynəlxalq mahnı müsabiqəsinin qalibi bəlli oldu

22-06-2013


   İyunun 22-də Heydər Əliyev Sarayında "Univision" tələbələrin I Beynəlxalq mahnı müsabiqəsi   keçirilib.İlk olaraq səhnəyə təşrif buyuran gecənin aparıcıları gələn qonaqları salamlayıblar. Daha sonra söz gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarova verilib. Onlar da öz növbələrində bu tipli tədbirlərin önəmindən söz açıblar.

   Müsabiqəyə qatılan iyirmi ölkə bir-birinin ardınca öz performanslarını təqdim etməyə başlayıblar. Azərbaycan təmsilçimiz Zərrin Mahmudzadə 18-ci sıradan hər kəsi salamlayıb. Çıxışlar bitər-bitməz tələbələrdən ibarət münsif heyəti səsvermə üçün səhnə arxasına keçib. Səslərin hesablanması üçün ayrılan müddətdə isə “Avroviziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Eldar Qasımov və Fərid Məmmədov gənclərə öz musiqi töfhələrini təqdim ediblər.Tələbə münsiflər öz təmsilçiləri daxil olmamaq şərti ilə səslərini favorit iştirakçılar arasında 8, 10, 12 ballıq sistemlə paylayıblar.

   Səsvermələrin nəticələrinə görə, Litva birinci, Rumıniya ikinci, Rusiya isə üçüncü olub. Azərbaycan yarışmanı 4-cü sırada tamamlayıb. Qalib ölkələrin təmsilçiləri səhnəyə dəvət olunaraq mükafatlarla təltif ediliblər. Sonda Litva təmsilçisi öz mahnısını bir daha ifa edib. Qeyd edək ki, birinci, ikinci, üçüncü yerlərin sahiblərinə uyğun olaraq 3000, 2000, 1000 avro mükafat təqdim edilib.

                               

Sahilə Aslanova

Bəxtiyar Nəsirov

 

Muz-Tv.az

987 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr