Aktrisa sevgilisi ilə nişanlandı - foto
Aktyor 74 yaşında vəfat etdi
Müğənnilər həmkarlarını tənqid etdilər
Aktrisa 2 milyon lirədən imtina etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Rafet El Roman yenidən Bakıda konsert verəcək

21-06-2013


     Xalq artisti Aygün Kazımovanın məşhur repçi Snup Doqla gözlənilən yeni klipinin son hazırlıq işləri tamamlanır.Sənətçi “Coffe from Columbia”nın bir həftədən sonra ictimaiyyətə təqdim olunacağını qeyd edib. O bildirib ki, yeni klip “iTunes” vasitəsilə də izlənilə biləcək. Aygün Kazımova klipin yekun işləriylə bağlı iki gündən sonra yenidən İstanbula yola düşəcək.

    Türkiyəli müğənni Selami Şahin azərbaycanlı bəstəkar Nailə Mirməmmədlinin mahnısını ifa edəcək. Bu haqda məlumat verən bəstəkar mahnının musiqisinin özünə, sözlərinin isə Xəyal Rzaya aid olduğunu deyib:“Bilirsiniz ki, Xəyal Rzanın sözlərinə mahnılar bəstələyirəm. Onlardan birini Selami Şahin oxuyacaq. Mahnı hazır olduqdan sonra albom formasında təqdim edəcəyik. Həmin musiqi toplusunda bir çox türkiyəli müğənninin ifası yer alacaq. Daha sonra mahnılardan ibarət türk sənətçiləri ilə bizimkilərin konsertini təşkil edəcəyik. Bu, çox maraqlı layihədir. Hər kəsin bəyənəcəyinə inanıram”.

    Müğənni Emil Bədəlov özünə yeni duet ortağı tapıb. O, həmkarı Yaşar Cəlilovla yeni mahnı hazırlayır:“Yaşarla maraqlı duet hazırlamaq qərarına gəlmişik.  Mahnının musiqisini Hacı Nazim bəstələyib. Sözləri isə hələ yazılmayıb”.

Emilin sözlərinə görə,  bu yay bir neçə yeni mahnı təqdim edəcək:“Onlardan birinin müəllifi Vüsalə Hikmətdir. Yaxın günlərdə isə “Ana” mahnıma klip çəkdirəcəyəm. Bütün işlərimi təhvil verdikdən sonra ailəmlə birlikdə Antalyaya istirahətə getməyi düşünürəm”.

   Türkiyəli müğənni Rafet El Roman Bakıda konsert verəcək.Sənətçi bu dəfə səhnəni azərbaycanlı duet ortağı Ezo ilə paylaşacaq. Bu haqda məlumatı konsertin təşkilatçısı Nahid Emiloğlu verib. O, proqramın iyulun 18-də “Yaşıl Teatr”da baş tutacağını qeyd edib.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

1063 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar












































17 Yanvar