Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

“Black Star” Timati Bakı tamaşaçılarını coşdurdu

21-06-2013


   Rusiyanın ən məşhur repçisi, “Black Star” ləqəbli Timati möhtəşəm konsert proqramı ilə Bakımızın qonağı olub. Ulduzu deyib gələn yüzlərlə insanın qatıldığı gecədə əvvəlcə Dj-lərin maraqlı şousu təqdim edilib.

   Repçini dinləməyə gələnlər arasında şou-biznes ulduzlarımızın olduğu da gözümüzdən qaçmayıb. “Tı kto takoy davay do svidaniya” meyxanası ilə məşhur olan İntiqam və Ehtiram qardaşları müəyyən problemlərlə üz-üzə qalmaqlarına baxmayaraq, “Black Star”-la eyni səhnəni paylaşacaqlarını deyiblər.

Samira maraqlı bir faktı açıqlayaraq konsertə Timatini dinləməyə yox, onun musiqiçilərinin performansını izləməyə gəldiyini söyləyib. Daha sonra “Black Star” Timati heyranlarının gurultulu alqış sədaları altında səhnəyə təşrif buyurub. Ən hit mahnılarını səsələndirən Timati fanatları ilə ünsiyyət qurmağı da unutmayıb.

   Konsertin sonlarına yaxın repçi onu Rusiyada daha da tanıdan “Tı kto takoy davay do svidaniya” mahnısını ifa etmək üçün İntiqam və Ehtiram qardaşlarını səhnəyə dəvət edib. Və məşhur trio sözügedən treki səsləndiriblər.

Heyranları ilə vidalaşaraq səhnəni tərk edən Timatinin ardından söz Rüstəmov qardaşlarına verilib.

 

Sahilə Aslanova              

Ramal Gülməmmədov

 

Muz-Tv.az

862 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr