Aktrisa müğənni sevgilisindən ayrıldı
"İlin qadınları" seçildilər - foto
"Həci" sözünü ucuzlaşdırmayın" - müğənni
Fatimə həmkarının sirrini açdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Madonnanın “gizli layihəsi” yayımlandı

21-06-2013


   Hollivuddakı Şöhrət xiyabanında müğənni və aktrisa Cennifer Lopesin adına ulduz peyda olub. Bu, xiyabandakı sayca 2500-cü ulduzdur. Təntənəli mərasimdə Lopesin sevgilisi Kasper Smart, repçi Pitbull və aktrisa Ceyn Fonda iştirak edib.

   Türkiyəli müğənni Gülben Ergen albom çalışmalarını davam etdirir. O, artıq “Sən” adlı sinqlını da heyranlarına təqdim edib. Sözügedən kompozisiyanın klip çəkilişləri Nyu Yorkda reallaşdırılıb. Son dövrdə 5 kiloqram arıqlayan və saçlarını kəsdirən Ergenin yeni imici ilə şəkillərini məşhur fotoqraf Nihat Odabaşı çəkib.

   İyunun 20-də Bostonda baş rolunu aktrisa Sandra Bullokun canlandırdığı “Ətəkli polislər” filminin premyerası reallaşıb. 48 yaşlı ulduz qırmızı xalıda bənövşəyi geyimdə görünüb. Modelyerlərin fikrincə, Sandranın bu görkəmi onun günəşdən qaralmış dərisinə çox yaraşıb. Aktisa bu stilini yalnız kiçik sırğalarla tamamlayıb.

   İnternetdə Madonnanınn məşhur fotoqraf Stiven Klaynla birgə hazırladığı layihənin treyleri yayılıb. Xatırladaq ki, pop musiqinin kraliçası daha əvvəl bir çox müsahibələrində bu barədə qısa məlumatlar verirdi. Ağ-qara rəngli çarxda Madonna qeyri-adi görüntülər sərgiləyir. Qeyd edək ki, bu Stiven Klaynla Madonnanın ilk birgə işi deyil. Ulduzun bütün konsertlərinin ekran versiyasını həmin fotoqraf hazırlayıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

811 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr


16 Noyabr