Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Azərbaycanlı musiqiçilər Norveçdə keçirilən Beynəlxalq festivalda iştirak etdilər

20-06-2013


   İyunun 8-i və 9-da Norveçin paytaxtı Oslo şəhərində Beynəxalq musiqi festivalı keçirilib. Şəhərin müxtəlif yerlərində reallaşan tədbir böyük marağa səbəb olub. Festivalda 39-dan çox ölkə iştirak edib. Bunlar arasında Azərbaycan da yer alıb və tanınmış sənətçilərimiz böyük məmnuniyyətlə Norveçə gedərək bu silsilə tədbirlərə qatılıblar. Müğənni İzzət Bağırov, muğam ustası Nigar Şabanova, əməkdar artist, kamança ustası Toğrul Əsədullayev və başqaları öz gözəl musiqiləri ilə qonaqlara xüsusi zövq yaşadıb. Festivaldan sonra azərbaycanlılar üçün xüsusi konsert proqramı təşkil olunub. İsveçin paytaxtı Stokholmda keçirilən tədbirdə musiqçilərimiz tamaşaçılara maraqlı bir gün yaşadıb.

   Qeyd edək ki, festivalın təşkilatçılarından biri də  Norveç Azərbaycan Gənclər Təşkilatıdır. Musiqiçilərin Osloya ezam olunmasında isə Gənclər və İdman Nazirliyinin böyük rolu olub. Tədbirdən ən maraqlı görüntüləri bir araya toplayan FNR Art Studio Muz Tv tamaşaçılarının bu özəl festivalı izləməsi üçün yaxından köməklik edib.

 

Çinarə Nurməmmədova

 

Muz-Tv.az

713 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr