Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya bəzi həmkarlarını cılız adlandırdı

20-06-2013


   Əməkdar artist Tünzalə Ağayeva və “Avroviziya” təmsilçimiz Səbinə Babayeva birlikdə konsert proqramı ilə çıxış etmək niyyətindədirlər. Dəfələrlə ayrı-ayrılıqda canlı ansamblla caz, soul, bluz və sairə kimi janrlarda konsertlər verən ifaçılar  bu dəfə daha geniş proqramla çıxış etmək fikrindədirlər. Sənətçilər tədbirlə bağlı məlumatları gizli saxlasalar da, gecənin ənənəvi konsertlərdən çox fərqlənəcəyini söyləyiblər. Qeyd edək ki, Tünzalə və Səbinənin birgə proqramlarının payız aylarında gerçəkləşdirilməsi nəzərdə tutulur. 

   Müğənni Röya xalq artisti İlhamə Quliyevanın onu “şou-biznesin kraliçası” adlandırmasından danışıb:“Şou-biznesin kraliçasıyam, taxtımda əyləşmişəm. Bu adı mənə verənlərə təşəkkür edirəm. Bəzi cılız müğənnilər var ki, bir vaxtlar əlimdən, çiynimdən öpürdülər, sonradan dedilər ki, Röyanın sənəti yoxdur. Mən kraliçanın o qədər böyük ürəyi var ki, sənətini beş manata satanlara sinə gərirəm. Xalq artistləri Zeynəb Xanlarova, İlhamə Quliyeva və Alim Qasımov kimi sənətkarlar mənə tərif verib. Onlar isə heç kimdir. Bunu yekəxanalıq bilirlərsə, qoy bilsinlər, vecimə deyil” –deyə müğənni fikrini ifadə edib.

   Türkiyəli ulduz Tarkanın Azərbaycana növbəti gəlişi sentyabra təsadüf edəcək. Bu barədə təşkilatçı Nahid Emiloğlu məlumat verərək: "Konserti payızda, daha dəqiq desək, sentyabrda etməyi düşünürük. Amma hansı tarixdə olacağını açıqlaya bilmərəm. Danışıqlar tam sona çatanda bu haqda mediaya məlumat verəcəyik". Qeyd edək ki, meqastarın paytaxtımızda hansı məkanda çıxış edəcəyi də hələ tam dəqiqləşməyib.

   Müğənni Rəqsanə İsmayılova son vaxtlar imici ilə yanaşı döymələriylə də diqqət mərkəzindədir. Sənətçi qızları Aysun və Yağmurun baş hərfini qoluna yazdırıb. Rəqsanə eyni zamanda öz imzasını da döymə etdirib.

 

 

Sahilə Aslanova

 

Muz-Tv.az

703 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr