Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Rihanna heyranının başına mikrofon çırpdı

20-06-2013


   Məşhur ulduz Rihanna konsertlərindən birində onu izləməyə gələn tamaşaçısının başına mikrofon vurub. 25 yaşlı müğənni Birmingemdəki gecə klublarından birində ifa edərkən bir gənc oğlan onu narahat etməyə başlayıb.  Vəziyyət o həddə çatıb ki, hətta Rihanna tamaşaçıların qarşısından keçərkən sözügedən şəxs onun qolundan tutaraq hərəkətinə mane olub. Çox qəzəblənən ulduz daha artıq dözməyərək əlindəki mikrofonu oğlanın başına çırpıb. Mətbuat nümayəndələri Rihannanın bu hərəkətini son günlər həyatında baş verən psixoloji problemlərlə bağlayıblar. Ulduzun yaxınlarının sözlərinə görə, müğənni depressiyadadır və əsəblərini cilovlaya bilmir.

   Kanal D-nin üç mövsüm ərzində reytinq rekordları qıran serialı “Öyle bir geçer zaman ki” tamaşaçılarla vidalaşdı. Çəkiliş komandası son bölümü birlikdə izləyib. Vida yeməyinə Ayça Bingöl, Aras Bulut İynəmli, Yıldız Çağrı Atiksoy, Mete Horozoğlu, Vilma Elles və digər aktyorlar qatılıb. Serialda “Aylin” obrazısını canlandıran Farah Zeynəb Abdullah gecəyə keçən yay ayrıldığı sevgilisi Əsər Yenənlərlə qatılıb. Mərasimə birgə gələn cütlük daha sonra səhərə qədər əylənib. Sevgililər kameralara tuş gəlmək üçün məkanı arxa qapıdan tərk ediblər. Gecəyə Vilam Elles də öz sevgilisi ilə gəlib.

   İtaliya məhkəməsi dizaynerlər Domeniko Dolçe və Stefano Qabbananı 8 ay həbs cəzasına məhkum edib. Buna səbəb məşhurların vergidən yayınması olub. Məşhur “Dolce & Gabbana” markasının əsasını qoyan cütlük uzun illərdir qanun mühafizəçilərinin diqqət mərkəzind’ olub. Və yalnız bu il aparılan istintaqın sonunda dizaynerlər öz günahlarını etiraf ediblər. Məhkəmə əvvəlcə onların hər birin’ iki il yarım cəza təyin etsə də, daha sonra bu müddət 8 aya endirilib.

   Türkiyəli aktrisa Özgü Namal “Mərhəmət” serialının ilk mövsümünün çəkilişləri bitən kimi Bodruma gedib. Ulduz rejissor Çağatay Tosun və digər dostları ilə birgə yaxtda istirahət edərkən kameralara tuş gəlib.

 

 

Sahilə Aslanova

 

Muz-Tv.az

768 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr