Xalq artisti Mənsum İbrahimovun Lüksemburq konsertindən maraqlı görüntülər

Azərbaycan muğamının dünyada tanınması üçün böyük işlər görən xalq artisti Mənsum İbrahimov yenicə səfərdən qayıdıb. Tacikistanda şərqin ilk operası “Leyli və Məcnun”u səhnələşdirən xanəndə bu haqda hər dəfə olduğu kimi “Muz life”a danışıb.
Tacikistanda xalq artisti Nəzakət Teymurova ilə səhnəyə çıxan Mənsum bəy Lüksemburq konsertindən də söz açıb. Xalq artisti onu dinləməyə gələnləri səsinin sehrinə elə salıb ki, sənətçi geri dönməmiş artıq bir neçə dəvət də alıb.Müğənninin bu təkliflərə reaksiyası müsbət olub. Söhbət əsnasında tələbələrindən də söz açan xanəndə bir ata kimi hər zaman onların qayğısına qaldığını da bildirib. Qeyd edək ki,xanəndə bu ilin sonuna kimi muğam sevərləri bir araya toplamağı düşünür.
Səma Ələsgərova
Vüsal Həşimov
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
