Zamiqdən etiraf: “Hər dəfə məni gözləyən sevimlim”
Növbəti hit duet gəlir: “Qoy ağlasın göylər”
Sami Orucun yeni klipi - video
Vasif Məhərrəmlidən yeni mahnı - audio

Facebook instagram Twitter Youtube
ULDUZ

MUZ TV Azərbaycan peyk yayımına başlayır

05-10-2017


Azərbaycanın ilk musiqili internet televiziyası olan MUZ TV Azərbaycan peyk yayımına başlayır.

Televiziyayla Azərkosmos arasında əldə olunmuş razılığa əsasən, kanal 6 oktyabr 2017-ci il tarixindən etibarən “Azerspace-1” peyki vasitəsilə 13975 V/11174,4 H  tezliyi ilə yayımlanacaq.

Qeyd edək ki, MUZ TV Azərbaycan 11 may 2012-ci il tarixindən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb. Musiqiçilərin, aktyorların, sənətçilərin - fərqli simaların göründüyü televiziya ilk yayıma başladığı gündən, musiqiylə bağlı informasiya bürosu eksklüziv xəbərlər, proqramlar hazırlayır. Azərbaycan estradasının, milli musiqinin klassik ənənəsinin və müasir inkişafının təqdimatçısı kimi çıxış edən yeganə televiziya resursudur.
 
MUZ TV Azərbaycan yeni musiqiçilər nəslinin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqiyə istiqamətləndirilməsi ilə bağlı da müxtəlif layihələr həyata keçirir.
 
 

2763 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Dekabr


16 Dekabr