Aktrisa sevgilisi ilə nişanlandı - foto
Aktyor 74 yaşında vəfat etdi
Müğənnilər həmkarlarını tənqid etdilər
Aktrisa 2 milyon lirədən imtina etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Leonardo Di Kaprio evlənməməsinin səbəblərini açıqladı

20-04-2013


    Hollivud ulduz Leonarda Di Kaprio məşhur jurnallardan birinə verdiyi müsahibədə evlənməməsinin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, iş qrafiki ailə qurmağa, normal evli həyatı yaşamağa imkan vermir. "İlin altı ayını evdən kənarda olmaq ailə münasibətləri üçün o qədər də yaxşı deyil", - deyə aktyor deyib. O, ilk dəfə olaraq etiraf edib ki, kosovolu "Miss Universe" Aferdita Dreşaj və sonra da "Wolf of Wall Street" filmində baş rolları paylaşdığı Marqo Robbi ilə romantik münasibətləri olub. Aktyor indi "Böyük Qetsbi" filminin tanıtımı ilə məşğuldur. Qeyd edək ki, Leonardo Di Kaprio üç dəfə "Oskar" mükafatına nominant olsa da, özünü böyük aktyor saymır.

    Avstraliyanın ən öndə gedən aviaşirkətlərindən biri məşhur model Miranda Kerri öz siması seçib. Miranda artıq stüardessa paltarında foto da çəkdirib. Şirkətin keçirdiyi qala gecəsinə qatılan modelin yanında məşhur aktyor Con Travolta da olub. Hollivud ulduzu uzun müddətdir şirkəti təmsil edir. Xatırladaq ki, bu yaxınlarda Miranda Kerrin “Victoria’s Secret” firmasından ayrıldığı iddia edilmişdi.

   Yeni “Call me crazy”  adlı filminin Los Anceles şəhərində təşkil olunan qalasına qatılan məşhur aktrisa Cennifer Enistonun kürəyindəki ləkələr diqqət çəkib.  Hazırda Hollivud ulduzları arasında xeyli tanınan “banka qoyma” terapiyası, deyəsən, 44 yaşlı aktrisanın da işinə yarayıb. Amma Cennifer kürəyində yaranan qırmızı ləkələrdən canını qurtara bilməyib. Qeyd edək ki, sözügedən terapiya üsulundan Bred Pitt və Qvinet Peltrou kimi məşhurlar da istifadə edir.

   Youtube saytında  Will.i.am və Castin Biberin ortaq işi olan “That Power” klipi təqdim edilib. Video çarx Yaponiyada lentə alınıb. Çəkilişlərdə iştirak etməyən Biber isə ekran işində yalnız holoqrafik effekt vasitəsi ilə görünür.  Klipdə əsas diqqət robot rəqslərinə yönəldilib.  Qeyd edək ki, video çarxın əvvəlində tamaşaçılar Will.i.am-in 900 min dollara sifarişlə hazırlatdığı maşınını da görə bilərlər.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

805 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar












































17 Yanvar