Aktyor 74 yaşında vəfat etdi
Müğənnilər həmkarlarını tənqid etdilər
Aktrisa 2 milyon lirədən imtina etdi
Xatirə yollardan şikayətləndi - video

Facebook instagram Twitter Youtube
ULDUZ

Nazpəri Dostəliyeva: “Onun övladlarımın toyunda iştirakını heç vaxt arzulamamışam”

19-04-2013


    Xalq artisti Nazpəri Dostəliyeva İlhamə Quliyevanın oğlunun bu gün keçiriləcək toyunda iştirak edəcəyi barədə yayılan xəbərə aydınlıq gətirib. Açıqlama verən sənətkar bildirib ki, o, heç vaxt İlhamə Quliyevanı öz oğlanlarının toyunda görməyi arzulamayıb. “Mən heç vaxt istəməmişəm ki, o xanım övladlarımın toyunda iştirak etsin. Özüm də onun oğlunun toyunda iştirak etməyi arzulamıram” –deyə Nazpəri Dostəliyeva bildirib.

    Bir müddətdir efirlərdə görünməyən estradamızın ekstravaqant müğənnisi Samir Bağırov səhnəyə qayıtmayacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Bunları şayiə adlandıran sənətçi səhnəsiz yaşaya bilməyəcəyini deyib: “Sənətim olmadan yaşaya bilmərəm. Bunlar hamısı şayiədir. Səhnədən gedən olsaydım, Azərbaycanda niyə qalırdım?! Amerikaya gedərdim və anamın yanında qalardım. Burdayam və hər şey yaxşıdır. Bəzi işlərim var idi, ona görə görünmürdüm. Qabaqcadan danışmaq, səhnəyə necə qayıdacağım haqqında nəsə demək istəmirəm. Yalnız solo ifa edəcəm, heç kimlə duet oxumaq fikirim yoxdur”.

     Müğənni Xəyyam Nisanov iki yeni mahnı hazırlayıb. O, tezliklə klip çəkdirəcəyini deyib: “Bəstənin biri İsmayıl Əsədovun, digəri isə Murad Arifindir. Hər ikisi yay ab-havasına uyğun, ritmik mahnılardır. Kompozisiyaları İspaniyada və digər Avropa ölkəsində ekranlaşdırmaq istəyirəm. Klipi yaxın dostum Anara həvalə edəcəm. Onunla uzun illərdir dostuq. Moskvada yaşayır. Fərqli ideyaları var”.

     Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva kişi olub. Belə ki, modelimiz aktrisa Elif Tayhanın Kərəm Baydarla birgə hazırladığı “Teatr yox ki” tamaşasının “Aşkı Məcnun” səhnəsində rol alıb. "Gürdar" obrazını canlandıran Günay, birinci hissədə səhnəyə kişi obrazında, ikinci hissədə isə dünya gözəli və firma sahibəsi rolunda çıxıb.

 

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

 

842 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar










































17 Yanvar