Aktrisa filmə çəkilməyə hazırlaşır
Elton Con səhnə ilə vidalaşır
Səhnədə gözləri bağlı oxuyur - foto
Seda Sayan “O səs Türkiyə”dən getdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Castin Biberi alt paltarına qədər soyunmağa məcbur etdilər

27-03-2013


   Bütün dünyada heyranları olan müğənni Castin Biberin şöhrəti hava limanında bir işə yaramayıb. Belə ki, Polşanın Lodz şəhərində verdiyi konsertdən sonra ölkədən ayrılmaq üçün hava limanına gedən ulduzu təhlükəsizlikdən məsul mühafizə xidməti alt paltarına qədər soyunduraraq diqqətlə araşdırıb. Daha sonra elə alt paltarı ilə X-ray cihazından keçən Biber çətin anlar yaşayıb. Onun mühafizəçiləri müxbirlərin heç nə çəkə bilməməsi üçün ciddi cəhdlər edib. Xatırladaq ki, bundan əvvəl Castin Biber narkotikdən istifadə etdiyinə görə heyranlarından üzr istəmişdi.

   İngiltərənin məşhur “Tac oyunları” serialının aktyoru Kliv Mantlenin qulağını qoparıblar.  Mantle qaldığı hoteldə səs-küylü adamlara xəbərdarlıq edib. Bu vaxt adamlar ona hücum edib. Hücumçulardan biri isə Mantlenin qulağını dişləyərək qoparıb. Aktyorun meneceri verdiyi açıqlamada: “Qulağın qopan parçası tapılaraq yerinə tikildi. Lakin aktyor yaşananlardan çox təsirlənib. Şoka düşüb. Bir hoteldə belə bir hadisə heç də adi bir şey deyil” –deyə bildirib. Qeyd edək ki, polis artıq cinayətkarları yaxalayıb.

   Məşhur aktyor Jerar Depardye Paris polisinə müraciət edib. Belə ki, ulduzun skuteri oğurlanıb. Onun iki təkərli nəqliyyatı paytaxtın rayonlarında birində itib.  Xatırladaq ki, aktyor 2012-ci ildə içkili halda skuter sürdüyü üçün tutulmuşdu. 

   Hollivud ulduzu Rayan Qoslinqlə əlaqələri uzun aylardır qeyri-sabit şəkildə davam edən Eva Mendes bu günlərdə qısqanclıq xəstəliyinə tutulub. Belə ki, məşhur aktyorun “Notebook” adlı filmdəki həmkarı və keçmiş sevgilisi Reyçl MakAdamsın sevgilisi Maykl Şindən ayrılması Evanı yaman narahat edir.  Səbəb isə ulduz aktrisa  Reyçlın  təsəlli üçün Qoslinqə sığınmasıdır.

 

Sahilə aslanova

 

Muz-Tv.az

 

863 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun


































4 İyun