Müğənni klip çəkilişi üçün göydələnə çıxdı - foto
“Leviafan” “Ən yaxşı filmlər”i siyahısına düşdü
Kənan sevgilisini itirməkdən qorxur
"Qara dul"dan bəhs edən filmin treyleri - video

Facebook instagram Twitter Youtube
ULDUZ

Yaponiyalı pianoçu Keiko Matsuinin konserti təxirə salındı

16-03-2013


   Tanınmış yaponiyalı caz pianoçusu Keyko Matsui Bakıda mətbuat konfransı keçirib. Tədbir sənətçi xanımın 27-28 mart tarixlərində Heydər Əliyev sarayında keçiriləcək konsertinə həsr olunub.

   İlk olaraq mətbuat nümayəndələrini salamlayan Keiko xanım sözə Bakını çox sevdiyi barədə danışmaqla başlayıb. Daha sonra suallara cavab verməyə başlayan musiqiçi  “Facebook” sosial şəbəkəsindəki azərbaycanlı heyranlarının sevgisindən bəhs edib. Sənətçi 15 martda nəzərdə tutulmuş konsertinin martın 27-nə qədər təxirə salınma səbəblərini də açıqlamağı unutmayıb.

   Xanım Matsui Azərbaycan caz musiqisini çox sevdiyini və xüsusilə Vaqif Mustafazadə əsərlərini dinlədiyini vurğulayıb. Pianoçu xanım konsertə gələcək musiqisevərləri gözləyən sürprizlərdən də danışıb.

   Onu da qeyd etmək lazımdır ki, Keiko Matsui sözügedən konsertində musiqiçi İsfar Sarabski ilə birgə ifa edəcək.

 

Sahilə Aslanova

Vüsal Həşimov

 

Muz-Tv.az

 

767 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Dekabr














9 Dekabr