Aygün imicini dəyişdi - foto
Müğənni klip çəkilişi üçün göydələnə çıxdı - foto
“Leviafan” “Ən yaxşı filmlər”i siyahısına düşdü
Kənan sevgilisini itirməkdən qorxur

Facebook instagram Twitter Youtube
ULDUZ

Bu gün yel çərşənbəsidir

12-03-2013


   Bütün Azərbaycan yel çərşənbəsini təmtəraqla qeyd edir. Bu çərşənbəyə el arasında "küləkli çərşənbə", "külək oyadan çərşənbə", "yelli çərşənbə" də deyilir. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - "qara nehrde" yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə  birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişinden xəbər verir.

   Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev eşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız – gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tedarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

   Yel çərşənbəsi haqqında kifayət qədər danışdıq. Əlbəttə ki, bu bayramı şou-biznes nümayəndələri də təmtəraqla qeyd edirlər. Bəs görəsən,  onlar bu gün hansı çərşənbə olduğunu bilirlərmi?

    Biz də Muz Tv kanalı  və Muz Life komandası olaraq xalqımızı Yel çərşənbəsi münasibəti ilə təbrik edir, ruzili-bərəkətli il arzulayırıq. Bayramınız mübarək, əziz tamaşaçılarımız!

 

Sahilə Aslanova

Sərvər Mehdiyev

Ramal Gülməmmədov

 

Muz-TV.az

 

1679 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Dekabr




















9 Dekabr