Müğənni klip çəkilişi üçün göydələnə çıxdı - foto
“Leviafan” “Ən yaxşı filmlər”i siyahısına düşdü
Kənan sevgilisini itirməkdən qorxur
"Qara dul"dan bəhs edən filmin treyleri - video

Facebook instagram Twitter Youtube
ULDUZ

Müğənnilərimiz 8 martda almaq istədikləri hədiyyələri açıqladılar

08-03-2013


   8 mart 1857-ci ildən bəri qeyd olunan beynəlxalq qadınlar günüdür.Ənənəyə görə bu gün xanımlarımız əks cinsin nümayəndələrindən gül, müxtəlif  hədiyyələr, həmçinin gözəl sözlər, şeirlər gözləyirlər. Kişilərimiz isə əlbəttə ki, ətrafdakı qadınlara diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər.  Bəs  görəsən,  yerli şou-biznesimizin zərif nümayəndələri bu özəl gündə hansı sürprizləri gözləyirlər? Ümumiyyətlə bu vaxta qədər aldıqları ən dəyərli hədiyyə nə olub? Xanımlarımız həmcinslərini təbrik etməyi də unutmayıblar.

Bəzi xanım müğənnilərimiz təvazökarlığı əldən verməyərək sadə bir təbrikin onlar üçün kifayətli olduğunu söyləyiblər. Axı işin ucunda ümumiyyətlə hədiyyəsiz qalmaq da var.

   Roza Zərgərli və Fədayə Laçın kimi məşhurlarımız isə  ehtiyatı əldən verməyərək ən gözəl hədiyyənin gül olduğunu söyləyib. Əlbəttə, biz də məmnuniyyətlə buna inandıq.

Baxmayaraq, sevgililər günü deyil, hörmətli sənətçilərimizin bəziləri sevdikləri insanlardan mütləq şəkildə təbrik gözlədiklərini bildiriblər. Vay o gündən ki, kişilər bu özəl günü unutsunlar. Nələr ola biləcəyini təsəvvür  belə etmək istəmirik.

   Sənətçilərimiz arasında elə xanımlar da var ki, heyranlarının sevgisinin onlar üçün kifayət olduğunu vurğulayıblar. Bütün bu istəklər arasında biri var idi ki, hər birimizin ürəyini fəth edib. Belə ki, əməkdar artist Mətanət İsgəndərli bu bayram günündə hədiyyəni balaca oğul nəvəsindən gözləyir.

   Bax belə, əziz kişilərimiz. Xanımlarımızın cavablarını eşitdiniz. Indi görün, neyləyirsiniz. Biz ipucu verdik. Qaldı sizin hərəkət etməyiniz. Amma ən əsası unutmayın ki, bütün hədiyyələrdən ən dəyərlisi sevgi və diqqətdir. Bayramınız mübarək , əziz xanımlar !

 

Sahilə Aslanova

Vüsal həşimov

Elfaq Lələyev                 

Ramal Gülməmmədov

 

Muz-Tv.az

786 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Dekabr












9 Dekabr