Beren Saat və Kənan Doğulu birlikdə - foto
Keti Perri özünü şam ağacına bənzətdi - foto
Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımova vətənə döndü

05-03-2013


     Bir neçə gündü vətəndən uzaqda olan xalq artisti Aygün Kazımova bir neçə saatdan sonra Bakıya dönür.Onun tanınmış reper Snoop Dogg-la birgə üzərində işlədiyi klipin davamı Avropada çəkiləcək.  Qeyd edək ki, həmin çəkilişlərdə dünya ulduzları Cenifer Lopez və Beyonsun rəqqasları da iştirak edəcəklər. Xatırladaq ki, Aygün Kazımovanın duet ortağı Snoop Doggun yaxın vaxtlarda Azərbaycanda konsert verməsi gözlənilir.

     Uzun illərdir Türkiyədə  “Azəri oğlu Murad" adı ilə yaşayıb fəaliyyət göstərən aktyor, iş adamı Murad Fətullah yeni layihə hazırlayıb. Mediaya açıqlama verən Murad bildirib ki, martın 15-də Bakıya gəlir. “Hazırladığım “Ünlülər yarışıyor” adlı layihədə 18 türk və azərbaycanlı tanınmış sənətçilər yarışacaq. Türkiyədən seçilmiş sənətçilər Demet Akalın, Murat Dalkılıç, Doğuş, Nez, Seda Sayan və başqaları olacaq.  Onu da deyim ki, Azərbaycana gəlmə səbəbim kanallarla razılaşmaq və yarışacaq sənətçilərin seçimini etməkdir. Mən inanıram ki, may ayında keçiriləcək bu yarışma türk və yerli şou-biznesi üçün maraqlı bir iş olacaq” –deyə Murad əlavə edib. 

     Müğənni Röya Ayxanın bu dəfə səfəri Parisə olacaq.Səfərin məqsədi klip çəkilişidir. “Günahsız  günahım” mahnısının çəkilişlərini məhz Fransada planlaşdıran sənətçinin məşhur tərəf müqabili olacaq. Ifaçi onun kino aktyoru olduğunu deyib. Amma hələki adını açıqlamır. Röyanın Heydər Əliyev Sarayında verəcəyi konsertin tarixi isə bəlli olub. Müğənni may ayında iki günlük çıxışının olacağını bildirib.

     Tanınmış  türkiyəli müğənni və teleaparıcı Seda Sayanın martın 20-dən 23-nə kimi planlaşdırılan Azərbaycan səfəri ləğv edilib.Təşkilatçılar hələ də səbəb göstərməsələr də, böyük ehtimalla sənətçinin səfərinin təxirə düşməsi, tələb etdiyi fantastik qonorarla bağlıdır. Məlumat üçün bildirək ki, Sedanın komandası onun Türkiyədən kənarda təşkil olunan konsertlərinə 100 min avro istəyir.

 

Səma Ələsgərova

 

Muz-Tv.az

956 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr










































13 Dekabr