Səkkiz dəqiqəyə yığılan ev
Doğuludan yeni klipin tizeri - video
İradədən yeni fotosessiya 
Xumar Qədimova: “Heç zaman toxunmasın ayağın daşa gülüm”

Facebook instagram Twitter Youtube
ULDUZ

"MyVideo" TV-nin 5 yaşında maraqlı anlar yaşandı 

15-07-2017


Yayımlandığı ilk gündən maraqla izlənilən “MyVideo Tv”-nin 5 yaşı tamam olub.

Bu münasibətlə televiziyanın rəhbərliyi istirahət mərkəzlərindən birində ad günü şənliyi təşkil edib.

Açıq havada baş tutan tədbirdə “MyVideo”nun musiqi redaktoru Seyran Babayev tədbirdən və kanalın tarixçəsindən söhbət açdı:

“Vaxtı ilə “Chat box” kimi fəaliyyət göstərməyə başlayan demo kanalı bir müddət sonra rəhbərliyin məsləhəti ilə “MyVideo” tv etdik. Hazırda “MyVideo”nun 5 illiyidir. Dost-tanışlarımızı, qohumlarımızı, əməkdaşlarımızı və bu illər ərzində bizə dəstək olan şəxsləri bu tədbirə dəvət etmişik. Hazırda onlar buradadırlar.  Gələn hər kəsə təşəkkürümü bildirirəm”.

Daha sonra Seyran Babayev gecəyə dəvət olunan məşhurlardan söhbət açıb:

“Şou-biznes nümayəndələrini və bir çox diceyləri dəvət etmişik. Bəzilərinin başı qarışıq olduğu üçün üzrxahlıq edib gələ bilməyəcəklərini bildiriblər. Amma əsas məsələ odur ki, biz sayıb dəvət etmişik”.

“MyVideo”nun prodüseri İskəndər İbrahim də söhbətə qoşularaq kanalın yeni layihələrlə izləyicilərini sevindirəcəyini bildirib:

“Yeni layihələr nəzərdə tutmuşuq. Dost kanallar və fmlərlə işbirliyimiz olacaq. Artıq “Xəzər” televiziyası ilə əməkdaşlıq etməyə başlamışıq.”

115 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23






22