"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur sənətkar vəfat etdi

01-03-2013


   Keçirdiyi ürək əməliyyatının ardından müalicəsi davam edən türkiyəli sənətçi Müslüm Gürses vəfat edib.  Müğənni 4 aydır xəstəxanadı idi.  Əsl adı Müslüm Akbaş olan ifaçı 1953-cü il mayın 7-də dünyaya gəlib. Müğənniliyə kiçik yaşlarında Adanada başlayan sənətkar dərzi şagirdi olub.  Daha sonra bir çay evində oxumağa başlayan Müslüm elə  Gürses ləqəbini də o yaşlarında götürüb. Son illər bəzi rok və pop tərzindəki mahnıları da repertuarına qataraq Nilufərin “Olmadı yar” adlı mahnısını, Teomanın “Paramparça” və Tarkanın “İkimizin yerinə” adlı əsərlərini səsləndirib. 1979-cu ildə ilk dəfə “Üsyankar” filmi ilə kamera qarşısına keçən Gürses ümumilikdə 38 filmdə rol alıb.

   Amerikalı müğənni Anastasiya ikinci dəfə xərçəng xəstəliyinə tutulub. Bu səbəblə məşhur ulduz Avropa turnesini təxirə saldığını və müalicəyə başlayacağını açıqlayıb. Anastasiya Facebook səhifəsidəki ismarıcında “Heyranlarımın məndən gözlədiklərinə cavab verə bilmədiyimə görə və konsertləri ləğv edərək onları məyus etdiyimə görə çox təəssüf edirəm” – yazıb. Ilk dəfə 2003-cü ildə xərçəng diaqnozu qoyulan Anastasiya bir illik müalicənin ardından bu xəstəliyə qalib gəldiyini elan etmişdi.

   Türkiyəli rokçu Şebnem Ferah “TNK” qrupunun yeni albomu “Melanxoliya”-nın tanıtım konsertinə yeni sevgilisi ilə qatılıb. Çıxışda yağışa yaxalanan ifaçını sevgilisi çətirlə qoruyub. Şəkillərinin çəkilməsindən narahat olan bəy çətiri qarşılarına tutduqda məşhur rokçu “Çək bunu. Heç bir şey görə bilmirəm”  -deyə bağırıb.

   Müğənni Slavanın “Rasskaji mne, mama” adlı mahnısına çəkilən yeni klipi  artıq hazırdır. Video çarxın rejissoru qalmaqallı rejissor Valeriya Qay Germanikadır.  Ifaçı hesab edir ki, Valeriyadan başqa heç kim bu kompozisiyanın sosial tərəfini tamaşaçılara çatdıra bilməzdi. Slavanın sözlərinə görə, yeni klip kiçik film olacaq. Video çarxın süjeti bir çox xanıma tanışdır. Ekran əsərinin çəkilişində bir çox teatr və kino aktyorları rol alıb.  Klipin təqdimatı martın 7-də, Ümumdünya qadın günü ərəfəsində reallaşacaq.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

765 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr