Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Şou-biznes əhli maraqlı hadisələrlə gündəmə gəldi

28-02-2013


     Bu günlərdə istirahətdən qayıdan Abbas Bağırov arıqlamağı qarşısına məqsəd qoyub. Müğənni yaxın vaxtda reallaşacaq konserti üçün artıq məşqlərə başlayıb. Tədbirə kimi artıq çəkisindən qurtulmaq istəyən əməkdar artist bir neçə kilo itirib. Hər gün məşq edən müğənni: “İnsanlar birdən-birə necə bu qədər arıqlamağım ilə maraqlanırlar. İdman və pəhrizlə artıq xeyli çəki itirmişəm. Konsert qabağı bəzi yeməklərə də qadağa qoymuşam. 80-85 kq arası olanda məşqləri saxlayacam” –deyə bildirib. 

    8martda qadınları konsertlə sevindirmək istəyənlərdən biri də Miri Yusifdir. O, bildirib ki, konsertdə özünün ən hit mahnılarını səsləndirəcək. Bundan başqa ifaçı MC Murad və özünə aid olan “Mən Küləyəm” kompozisiyasina da klip çəkdirməyi planlaşdırır.

    Qalmaqallı prodüser Tarix Əliyevin sosial şəbəkələrin birində paylaşdığı Türkiyəli rəqqasə Didəmlə olan şəkli söz-söhbətə səbəb olub. Onun şərhlərdə yazdığına görə Didəm 8 Martda Bakı səhnəsində çıxış edəcək və bunu prodüser özü təşkil edir. Nəzərə alsaq ki, bayram axşamı Röyanın konserti olacaq, böyük ehtimalla Didəm bu konsertdə səhnə alacaq.

    Şeron” qrupunun rəhbəri və solisti Rüstəm Zeynallı bu dəfə yaradıcılığı ilə yox, ailə problemləri ilə gündəmə gəlib. Belə ki, o,  ticarət mərkəzlərinin birində ilk evli olduğu xanımı və iki uşağı ilə kameralara tuş gəlib. Xalq artisti Aftandil İsrafilovun qızından boşanan Rüstəmin əvvəlki ailəsiylə xoşbəxt görünməsi də medianın gözündən qaçmayıb.

 

Səma Ələsgərova

 

Muz-Tv.az

703 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr